“Rusiya və Azərbaycan bir-biri ilə sıx bağlıdır“
Tarix: 01.12.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


"Rusiya və Azərbaycan bir-biri ilə sıx bağlıdır".
 
Bu sözlər Moskva və bütün Rusiyanın patriarxı Kirillin "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
 
Müraciəti Rus Pravoslav Kilsəsinin Mahaçqala və Qroznı Yeparxiyasının yepiskopu Varlaam oxuyub.
 
Kirill müraciətində bildirib ki, Rusiyada insanlar milli kimliyinə görə ayrılmır və onlar ruslarla eyni hüquqa malikdir: "Biz Azərbaycanda da bütün xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində bir-biri ilə mehriban yaşadığınız şahidi oluruq. Son 10 ildə xalqlarımızın taleyində çox hadisə baş verdi, çətin günlər yaşadıq. Birlikdə yaşadığımız Sovet İttifaqı dağıldı. Bəzi hallarda bu proses sakit və sülh şəraitində keçmədi və bilirik ki, Dağlıq Qarabağ yarası hələ də qanayır. Siz dini lider kimi münaqişənin Sülh yolu ilə həllinə çağırırsınız. Bu çox yaxşı və asan olmayan missiyadır. Sizin sülh səylərinizi yüksək qiymətləndiririk.
 
Sülh bütün müharibə və davadan vacibdir. Biz həmçinin terrorizmə qarşı mübarizədə eyni mövqedən çıxış edirik. Bu gün Yaxın Şərq və Afrikada vəziyyət çox pisdir. Xristianlar yaxın şərqdən silinir, baxmayaraq ki, xristianlıq orada yaranıb. Dini liderlər öz səylərini qoymalı və insanların həyatını qorumaq üçün çağırışlar etməlidirlər".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info