Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində razılaşmalar əldə olunub
Tarix: 01.12.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində mühüm razılaşmalar əldə olunub.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, razılaşmalar “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun noyabrın 29-30-da Cibuti Respublikasına səfəri zamanı baş tutub.
Səfər çərçivəsində Cahangir Əsgərov Cibuti Respublikasının bir sıra yüksək səviyyəli rəsmi şəxsləri ilə görüş keçirib.
Noyabrın 30-da Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Qelle ilə görüşən “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti QSC haqqında ətraflı məlumat verib. Eyni zamanda, Cahangir Əsgərov ölkələr arasında əməkdaşlıq üçün güclü potensialın mövcudluğunu vurğulayaraq, gələcəkdə Azərbaycan-Cibuti münasibətlərinin daha da inkişaf edəcəyini bildirib.
Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Qelle öz növbəsində ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Həmçinin Prezident Cibutinin daim qardaş Azərbaycanı hər bir sahədə dəstəklədiyini bildirib.
Daha sonra "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüş keçirib.
Görüşlər zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı baş tutub və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə olunub.
Bundan əlavə, “Azərbaycan Hava Yolları” ilə Cibuti aviaşirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. İmzalama mərasimindən sonra şirkətlərin rəhbərləri mətbuata açıqlama veriblər.
Cahangir Əsgərovun Cibutiyə səfəri zamanı həmçinin Bakı-Cibuti arasında yükdaşımalar üzrə aviareysin açılması və eyni zamanda Azərbaycan-Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə razılıq əldə edilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info