Nəsimi rayonunda “Multikulturalizm və Azərbaycan” mövzusunda tədbir keçirilib
Tarix: 01.12.2016 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Nəsimi rayonunda “Multikulturalizm ili”nə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, növbəti tədbir 14 nömrəli tam orta məktəbdə “Multikulturalizm və Azərbaycan” mövzusunda keçirilib. Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunub.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada təbliğ edən nadir ölkələrdəndir. Azərbaycanda mövcud olan multikultural mühit təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə multikulturalizmin Azərbaycan modeli formalaşıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Qeyd edilib ki, ulu öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və dövlətçilik prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir.
Tədbirdə məktəbin müəllimləri “Multikulturalizm və Azərbaycan”, “Azərbaycanda Multikulturalizm və tolerantlıq”, “Multikulturalizm və adət-ənənələrimiz”, “Multikulturalizm və dünya dinləri”, “Multikulturalizm və insan hüquqları”, “Multikulturalizm – birgə yaşayışın ən ali forması və Azərbaycanda həyat tərzi” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbir zamanı şagirdlər mahnılar, rəqslər ifa ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info