“Piyadaları qoruyaq” layihəsi çərçivəsində təqdimatlara start verilib
Tarix: 01.12.2016 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 29 noyabr - 5 dekabr 2016-cı il tarixlərində “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin, Bakı şəhər Baş Polis İdarəsinin və Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə “Piyadaları qoruyaq” adlı layihə həyata keçirilir.
Layihənin həyata keçirilməsində məqsəd respublikada nəqliyyat təhlükəsizliyi problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə, piyada mədəniyyətinin artırılması, Azərbaycanda insanların yol qəzalarında həlak olmalarının qarşısının alınmasıdır.
Layihənin əsas istiqamətlərindən biri də təhsil müəssisələrində piyada mədəniyyəti ilə bağlı maarifləndirici təqdimatların keçirilməsidir. Sözügedən təqdimatlar, ilk olaraq, 29-30 noyabr 2016-cı il tarixlərində Azərbaycan Texniki Universiteti, Odlar Yurdu Universiteti və Bakı Ali Neft Məktəbində baş tutmuşdur. Tədbirlərdə ümumilikdə 250-dən çox tələbə iştirak etmişdir. Gənc İstedadların İnkişafına Dəstək İctimai Birliyinin sədri Şahin Alxazov təqdimatlarda şəxsən iştirak etmişdir. Təqdimatların başlanğıcında yol hərəkətinə dair video təqdimat materialı izahlı şəkildə nümayiş etdirilmişdir. Daha sonra Bakı şəhər Baş Polis İdarəsi, Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, həmçinin, həmin bölmənin baş inspektoru polis mayoru Kəmalə Ələkbərova, Gənc İstedadların İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini Şərqiyyəxanım Qulamova tələbələrin qarşısında çıxışlar etmiş, onları maraqlandıran sualları cavablandırmışlar.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info