21 mindən artıq güzəştli «Xalq kompyuteri» satılıb
Tarix: 03.04.2013 | Saat: 13:42:00 | E-mail | Çapa göndər


«Xalq kompyuteri» layihəsi çərçivəsində Azərbaycan vətəndaşlarına indiyədək güzəştli şərtlərlə 21 mindən artıq kompyuter və noutbuk satılıb.

««Xalq kompyuteri» layihəsinin icrasına 2009-cu ilin aprelin 10-da başlanılıb ki, layihə çərçivəsində ölkə vətəndaşlarına güzəştli şərtlərlə 21 250 ədəd kompüter və noutbuk satılıb. Satılan kompyuterlərin əsas hissəsi regionların payına düşüb. Azərbaycan paytaxtından sonra ən çox kompyuter Naxçıvanda və Gəncədə satılıb. Satılan kompyuterlərin yarısından çoxunu noutbuklar, qalan hissəsini isə fərdi kompüterlər təşkil edib.

Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələri tərəfindən müasir kompyuter və lisenziyalı proqram təminatlarının əldə olunması üçün şəraitin yaradılması, regionlarda «rəqəmsal bərabərsizliyin» azaldılması məqsədilə İKT-nin tətbiqinin genişləndirilməsi və həmçinin, Azərbaycan hökumətinin informasiya cəmiyyəti və elektron hökumətin inkişafına yönəlmiş fəaliyyətinin dəstəklənməsidir.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info