“Bosniya və Herseqovina ilə güclü siyasi əlaqələr region üçün əhəmiyyətlidir“
Tarix: 01.12.2016 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham ƏliyevBosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın məlumatına görə, ikitərəfli münasibətlərimizin inkişafının və tərəfdaşlığımızın səviyyəsinin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında güclü siyasi əlaqələrin region üçün də əhəmiyyətli amil olduğunu deyib.
 
Dövlət başçısı Bosniya və Herseqovinanın rəhbərləri ilə son illər çoxlu sayda səmimi, konstruktiv və dostluq ruhunda görüşlər keçirdiyini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın Azərbaycanda keçirəcəyi görüşlərdə siyasi əlaqələrin və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini həmişə dəstəklədiklərini qeyd edən İ. Əliyev bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı bütün təşəbbüslərdə daim qarşılıqlı dəstəyin zəruriliyini də vurğulayıb.
 
Azərbaycanla Bosniya və Herseqovina arasında iqtisadi tərəfdaşlıq və sərmayə qoyuluşu ilə bağlı məsələlərə toxunan dövlət başçısı bildirib ki, Bakir İzetbekoviç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri olarkən onunla Azərbaycan sərmayəsinin Bosniya və Herseqovinaya yatırılmasına dair səmərəli müzakirələr aparıb.
 
Prezident İlham Əliyev ölkələrimiz arasında müvafiq sahələrdə idxal-ixrac imkanlarının müəyyənləşdirilməsi və qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyini diqqətə çatdırıb. Təkcə ölkəmiz və region üçün deyil, qlobal xarakter daşıyan enerji layihələrinə toxunan dövlət başçısı Bosniya və Herseqovinanın Azərbaycanın həyata keçirdiyi bu layihələrdə fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
 
İ. Çrnadak isə ölkələrimiz arasında çox yaxşı əlaqələrin olduğunu vurğulayaraq münasibətlərimizin möhkəmləndirilməsində səmimi dostluq şəraitində keçən yüksək səviyyəli səfərlərin önəmini qeyd edib. O bildirib ki, qarşılıqlı səfərlərin əsas məqsədi əməkdaşlığın bütün əhəmiyyətli sahələrini əhatə etmək və ikitərəfli əlaqələri dərinləşdirməkdir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info