Çrnadak: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
Tarix: 01.12.2016 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


“Azərbaycanla Bosniya və Herseqovina arasında mehriban və gözəl münasibətlər var”. 
Bunu Bosniya və Herseqovina xarici işlər naziri İqor Çrnadak azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.  
O bildirib ki, tərəflər iqtisadi münasibətləri inkişaf etdirmək niyyətindədir: "Biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək veririk. Bu yaxınlarda bu barədə parlamentimizdə sənəd qəbul olunub. İstəyirik ki, münaqişə sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun". 
Enerji layihələri barədə danışan nazir bildirib ki, ölkəsi bu sahəyə böyük maraq göstərir: "Bosniya və Herseqovina islahatlar həyata keçirir, ölkəmizi sərmayə üçün cəlbedici etmək istəyirik. Azərbaycan artıq investisiya yatırır, lakin bunun həcmini artırmaq istəyirik. Gələcəkdə biznes-forum da keçirmək niyyətindəyik". 
Nazir 2 il əvvəl ölkəsində baş verən daşqınlar zamanı Azərbaycanın etdiyi yardıma görə təşəkkür edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info