Sabah dağlıq rayonlarda qar yağacağı gözlənilir
Tarix: 01.12.2016 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Azərbaycanda dekabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Arabir zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-12° isti təşkil edəcək.
Dekabrın 2-dən 4-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-8° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi arabir guclənəcək. Gecə 3-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info