Ucarda Qarabağ müharibəsi əlillərinə ev verilib
Tarix: 01.12.2016 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın şəhər və rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri davam etdirilir. Nazirlik daha 6 ədəd fərdi yaşayış evini Ucar rayonunda Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.
Həmin fərdi yaşayış evlərinin hər biri onların təqdim olunduğu şəxslərin ailə üzvlərinin sayına uyğun olaraq üçotaqlıdır və evlərdə müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması təmin edilib.
Yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ucar rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin hərtərəfli və uzunmüddətli tərəqqisinə xidmət edən sosial-iqtisadi siyasətinin mərkəzində ölkə vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması prinsipinin dayandığı vurğulanıb. Respublikamızda sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycanda həyata keçirilən sosial siyasətdə mühüm yer tutduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı bu təbəqələrdən olan şəxslərin mənzillə təminatı sahəsində mühüm irəliləyişlərə imkan yaradıb. Sərəncamın icrası işlərinin davamı olaraq, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30-dan çox rayonda 140 ədəd fərdi yaşayış evini və 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 ədəd mənzili istifadəyə verib. Beləliklə, bu il nazirlik 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin edib. Ölkədə sosial sahəyə dövlət qayğısının ildən-ilə artırılması bütün sosial proqramlar kimi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının da uğurla davam etdiriləcəyinə əsas yaradır.
Digər çıxış edənlər müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin ayrı-ayrı sosial təminat növləri ilə təmin olunduqlarından da bəhs edib, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını diqqətə çatdırıblar.
Yeni fərdi yaşayış evlərinin təqdim edildiyi Qarabağ müharibəsi əlilləri respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, ümumən əlillərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info