Batabat Astrofizika Rəsədxanasında parlaq ulduzlar tədqiq olunacaq
Tarix: 01.12.2016 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Batabat Astrofizika Rəsədxanasında parlaq ulduzların da tədqiq olunması nəzərdə tutulub. Bu məqsədlə rəsədxanada lazımi avadanlıqlar quraşdırılıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, elmi-tədqiqat müəssisəsində Günəşin də müşahidə və tədqiq olunması planlaşdırılır.
Batabat Astrofizika Rəsədxanası Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində fəaliyyət göstərən 6 elmi-tədqiqat müəssisəsindən biridir. Son illərdə rəsədxananın maddi-texniki bazasının yenilənməsi, lazımi iş şəraitinin yaradılması burada müxtəlif elmi tədqiqatların həyata keçirilməsinə imkan verib. Burada Almaniya istehsalı olan “SEYYS-600” tipli teleskop quraşdırılıb. Bu rəsədxana Azərbaycanda Şamaxı Astrofizika Rəsədxanasından sonra yaradılmış ikinci rəsədxanadır. Elmi-tədqiqat müəssisəsinin əsas fəaliyyəti səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsini əhatə edir. Bu günədək Batabat Astrofizika Rəsədxanasında, əsasən, Günəş sisteminin kiçik cisimləri – kometalar və asteroidlər öyrənilirdi.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Çardaqdan tapılmış köhnə çaynik yarım milyon dollara satıldı
26.09.2020
Dünyanın ən “çirkin“ təyyarəsinin adı açıqlanıb
23.09.2020
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
23.09.2020
20 çimərlikdə beynəlxalq ekoloji aksiya keçirilib-FOTOLAR
23.09.2020
“Toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
3 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
4 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
5 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info