Bakı Ali Neft Məktəbi “Bilik sərgisi”ndə təmsil olunub
Tarix: 01.12.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Bakı İstedadlar Təhsil Kompleksində Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İkinci Bilik Sərgisi”ndə iştirak ediblər. Kompleksin 7-10-cu sinif şagirdlərinin 35-dən çox müxtəlif mövzuda hazırladıqları layihələrə Bakı Ali Neft Məktəbi ilə yanaşı, Qafqaz Universiteti, AMEA Botanika İnstitu, STEM təhsil mərkəzi, ULTRA Texnologiyalar şirkəti, HELP Mühəndislik proqramı və Alma store şirkətləri də öz stendləri ilə dəstək olublar. Bu sərgidə şagirdlər dərsdə təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə ediblər.
Sərginin açılış mərasimində iştirak edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şagirdləri və müəllimləri təbrik edib, Beynəlxalq məktəb olaraq belə tədbirlərin keçirilməsinin önəm və əhəmiyyətindən danışıb. Bakı İstedadlar Təhsil Kompleksinin direktoru Sigve Austheim sərgidə iştirak edən şagirdləri təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Daha sonra qonaqlar şagirdlərin hazırladıqları layihələrlə tanış olublar.
“Bilik sərgisi” münsiflər heyəti tərəfindən seçilən şagirdlərin sertifikat, medal və hədiyyələrlə mükafatladırılması mərasimindən sonra konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, Qlobal İstiləşmə İqlim dəyisikliklərinə həsr olunan bu bilik sərgisində Ekologiya kateqoriyasında seçilən qalib şagirdlər BİTK-i dünyanın müxtəlif ölkələrində təşkil olunan Beynəlxalq Layihə Olimpiadalarında təmsil edəcəklər.

Nigar





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info