Yeni Zelandiyalı gimnastlar Bakıda keçiriləcək “АGF Trophy” yarışlarına hazırlaşırlar
Tarix: 01.12.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Bakıda gimnastika məşqləri üçün əla şərait yaradılıb.
Bu sözləri Yeni Zelandiyanın bədii gimnastika üzrə yığma komandasının məşqçisi Marni Strener deyib.
Onun sözlərinə görə, burada məşqlər üçün kifayət qədər gimnastika xalçaları var. Bütövlükdə məşqlər üçün əla şərait yaradılıb.
AZƏRTC xəbər verir ki, məşqçi və onun gimnastları gələn aprelin 28-dən 30-dək Azərbaycan paytaxtında keçiriləcək bədii gimnastika üzrə “АGF Trophy” yarışlarında iştirak etməyi planlaşdırır.
Məşqçinin sözlərinə bu, Bakıya onun ikinci səfəridir. Birinci səfərdən keçən müddətdə şəhərimizdə yaxşılığa doğru böyük dəyişikliklər baş verib.
Bu turnirdən sonra, mayın 12-dən 22-dək Azərbaycanda IV İslam Həmrəylik Oyunları çərçivəsində gimnastikanın üç növü (kişilər arasında idman gimnastikası, qadınlar arasında idman gimnastikası və bədii gimnastika) üzrə yarışlar keçiriləcək. Həmin yarışlarda medallar uğrunda islam ölkələrinin idmançıları mübarizə aparacaqlar.
Azərbaycan Gimnastika Federasiyası gələn ilin ilk beş ayı ərzində gimnastika üzrə yeddi beynəlxalq tədbirə ev sahibliyi edəcək.
2017-2020-ci illərin olimpiya dövrəsində yanvarın 17-dən 21-dək Bakıda ilk dəfə Bədii gimnastika üzrə Qitələrarası hakimlik kursları keçiriləcək. Bu kursların yekunlarına əsasən müdavimlərə ən yüksək kateqoriyalar verilir. Yanvarın 26-dan 30-dək Bakıda Bədii gimnastika üzrə Beynəlxalq hakimlik kursları (bu dəfə ingilis dilində) təşkil ediləcək. Fevralın 6-dan 9-dək yerli və əcnəbi hakimlər Kişilər arasında idman gimnastikası üzrə Beynəlxalq hakimlik kurslarında öz kateqoriyalarını təsdiqlətmək və ya artırmaq imkanından istifadə edə biləcəklər. Xatırladaq ki, gimnastikanın bu növü üzrə Azərbaycanda bundan əvvəlki kurslar 2007-ci ildə keçirilib.
Hakimlik kurslarından dərhal sonra bakılı tamaşaçılar 2016-cı ildə olduğu kimi bu dəfə də gimnastikanın üç növü üzrə dünya kuboku yarışlarına tamaşa edə biləcəklər. Fevralın 18-də və 19-da batut üzərində tullanma, martın 16-dan 19-dək idman gimnastikası, aprelin 28-dən 30-dək bədii gimnastika üzrə yarışlarda məşhur idmançılar iştirak edəcəklər.
Yuxarıda adları çəkilən tədbirlərdən əlavə, gələn il mayın 6-7-də Beynəlxalq Gimnastika Federasiyası Şurasının üzvləri ilk dəfə Bakıda toplaşacaqlar. Beləliklə, növbəti olimpiya dövrəsinə aid ilk mühüm qərarlar Bakıda keçirilən iclasda qəbul ediləcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info