BANM-də “Kvant fizikası gənc alimlərin təqdimatında“ oldu
Tarix: 01.12.2016 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihə həyata keçirilir. Layihə rəhbəri BANM-in Tələbələrlə iş şöbəsinin rəisi və BANM HİK sədri Həbibə Sadıqlı bildirib ki, layihə çərçivəsində iştirakçıların gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə Kvant fizikası nədir?; Dünyanın yaradılışı barədə elmi yanaşmalar: Nöqtə partlayışı(“Big bang”); Tanrı zərrəciyi – “Hiqqs bozonu”; Böyük Adron kollayderi; Yekunda isə nəzəriyyənin tətbiqləri və nəticələrinə dair yanaşmalar, fəlsəfi-dini istiqamətli yanaşmalarla tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparacaqlar. O, həmçinin qeyd edib ki, təlimlər ərzində təqdimatların keçirilməsi üçün təlimçilər tərəfindən hər bir qrupa mövcud problemlər sırasından müəyyən bir mövzu təqdim olunaraq, yarışma keçiriləcək. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdirəcəklər. Hazırlanmış posterlər (prezentasiyalar) qrup liderləri tərəfindən təqdim olunduqdan sonra qalib komanda üzvləri müəyyən edilərək fərqlənmə diplomu və hədiyyə ilə təltif olunacaqlar. İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər.
Layihə noyabrın 27-dən başlayıb və hər həftənin bazar günü olmaqla 5 həftə davam edəcək. Bütün təlimlər Bakı Ali Neft Məktəbində həyata keçiriləcək.
Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və qalib komandanın üzvlərinə fərqlənmə diplomları, həmçinin hədiyyələr təqdim olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info