Türkiyədə Azərbaycan sərmayəsinin həcmi artır
Tarix: 01.12.2016 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Dekabrın 1-də Bakıda Azərbaycan-Türkiyə İKT üzrə işgüzar görüşü keçirilib. Tədbir Türkiyənin İKT sahəsində fəaliyyət göstərən 12 nüfuzlu şirkətdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil olunub.
Ölkələrimiz arasında İKT sahəsində əməkdaşlıq üçün ciddi potensialın mövcud olduğunu deyən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev bildirib ki, Azərbaycan ilə Türkiyə arasında İKT, xüsusən də yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vacibdir. İKT şirkətlərimiz birləşərək birgə tərəfdaşlıq vasitəsilə beynəlxalq bazarlarda qarşılıqlı faydalı layihələr həyata keçirə bilərlər. Bu da ölkəmizə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, məhsullarımızın xarici bazarlara ixracı müstəvisində mühüm töhfələr verə bilər. Azərbaycanda İKT sektorunda islahatlar aparılır, genişmiqyaslı, milli və beynəlxalq layihələr həyata keçirilir.
“Azərbaycan Cənubi Qafqazın parlayan ulduzudur. Ölkədə aparılan iqtisadi islahatlar Azərbaycanın qarşıdakı illərdə daha çox inkişaf etməsinə səbəb olacaq. Türkiyə müasir rəqəmsal texnologiyaların inkişafı sahəsində inkişaf edir. Hər iki ölkə qarşılıqlı şəkildə böyük həcmdə investisiyalar yatırıb. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi artmaqdadır. Azərbaycanda aparılan iqtisadi islahatlar qardaş ölkəyə xarici sərmayələrin axınına səbəb olacaq”, - deyə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib. Səfir Türkiyə iş adamlarını Azərbaycana sərmayə yatırmağa dəvət edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İKT komissiyasının rəhbəri İsmayıl Ələkbərov diqqətə çatdırıb ki, gələcəkdə Azərbaycanda qeyri-neft sektorunun inkişafında İKT müstəsna rol oynayacaq. 2020-2022-ci illərdə Azərbaycana 1 milyard ABŞ dollarından çox xarici valyuta daxil ola bilər. Bu da hazırda işlənilən “Azərbaycan İKT sənayesinin strateji inkişaf planı” adlı yol xəritəsinin reallaşdırılması nəticəsində mümkün ola bilər.
Qeyd edilib ki, Azərbaycanda növbəti illər islahatlar ili elan edilib. Hesab edirik ki, bu islahatların təməlində intellektə əsaslanan iqtisadi model dayanır. Bir sıra Avropa ölkələrinin, eləcə də Cənub-Şərqi Asiya ölkələrinin keçdiyi iqtisadi artım modeli kimi Azərbaycanın da öz iqtisadi-inkişaf modeli var. İKT sahəsi burada müstəsna rol oynayacaq. Son illər Azərbaycan şirkətləri bu istiqamətdə böyük işlər görür.
Tədbir hər iki ölkənin İKT şirkətləri arasında işgüzar görüşlərin keçirilməsi ilə davam edib. Görüşlərdə ölkələrimizin informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycanda, həmçinin geniş regionda birgə layihələrin həyata keçirilməsi, Azərbaycan şirkətlərinin İKT üzrə həll və məhsullarının xarici bazarlara birgə təşviqi ətrafında müzakirələr aparılıb.
Sonda tədbir çərçivəsində “Startap Azərbaycan” yarışmasının qalibi olmuş gənc startapçıların təqdimatları keçirilib.
İşgüzar görüş Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, AZPROMO və Türkiyənin Elektro-Texnologiya Təşkilatının (TET) dəstəyi ilə baş tutub.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23.08.2019
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23.08.2019
Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub
23.08.2019
“Azeri Light”ın bir barreli 63,12 dollara satılır
22.08.2019
Azərbaycanlı gənc BMT sammitində iştirak üçün `“Yaşıl bilet“ qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info