“Biz Avropada qonaq yox, ev sahibiyik”
Tarix: 02.12.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Türkiyəni Qərb dövləti kimi xarakterizə etmək doğrudur, amma tam deyil. Türkiyəni Şərq ölkəsi adlandırmaq doğrudur, amma yenə tam deyil. Qara dəniz, Aralıq dənizi ölkəsi da deyilə bilər, lakin bu da bizi tam ifadə etmir. Avropa öz dəyərlərinə zidd gedərək bizi istədiyi qədər kənara atmağa çalışa bilər, amma nə qədər əksini söyləyirsə söyləsin, Türkiyə bir Avropa ölkəsidir”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə 650 ildir Avropada öz mədəniyyəti ilə yer alır və yer almağa davam edəcək: “Bizi Avropadan kənarlaşdırmağa Avropa ölkələrinin gücü yetməz. Biz Avropada qonaq yox, ev sahibiyik. Avropa ölkələri ilə son vaxtlar yaşadığımız problemlər gündəlik siyasi mübahisələrdir. Avropa İttifaqı ikili standartdan vaz keçərsə, bu quruma elə günü sabah üzv olmağa hazırıq. Amma birtərəfli addım atmaq dövrü bitib. Aİ söz verib yerinə yetirmədiyi addımları atarsa, biz də təbii ki, niyyətimizi göstərəcəyik. Bizə nə versəniz, əvəzini alacaqsınız, amma Avropanın dalınca qaçmağa səbrimiz, taqətimiz qalmayıb”. Ərdoğan Qərblə münasibətləri Şərqə alternativ kimi və əksinə, Şərqlə münasibətləri Qərbə alternativ kimi görmədiklərini söyləyib: “Bunlar bir-birini tamamlayan münasibətlərdir”. Türkiyə prezidenti Suriya ərazisində həyata keçirilən “Fərat qalxanı” əməliyyatının hər hansı ölkəyə və ya şəxsə qarşı yox, terror təşkilatlarına qarşı yönəldiyini vurğulayıb: “Dəfələrlə bunu dilə gətirmişik. Kimsə söylədiklərimizi başqa yerlərə çəkməsin. Türkiyə təkbaşına bu mübarizəni aparacaq. Qərb ölkələrinin dəstəyi bir yana, ciddi əngəlləri ilə qarşılaşırıq. Siz bizim Çanaqqala dastanımızı oxudunuzmu? Xaç yürüşləri tarixdə qalıb, bəlkə, buna dönüş etmək istəyirsiniz? Əgər, belə bir düşüncəniz varsa, bu, çox yanlışdır. Biz bir NATO ölkəsiyik. Yanlış yoldasınız, özünüzü çox ciddi şəkildə test edin və doğru yola gəlin”.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info