“Rusiya terrorizmlə mübarizə sahəsində ABŞ-la sıx əməkdaşlığa ümid edir”
Tarix: 02.12.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətlə çıxış edib. Rusiyanın dövlət başçısı 2016-cı ildə seçki kampaniyasından danışaraq qeyd edib ki, Dövlət Dumasında çoxluq təşkil etdiyinə görə “Yedinaya Rossiya” Partiyası üzvlərinin üzərinə böyük məsuliyyət düşür.
Rusiya lideri ölkədə informasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilməsini tövsiyə edib. Təhsil sistemində dəyişikliklərdən danışan Rusiya dövlətinin başçısı məktəblərdə təhsillə yanaşı, mənəvi tərbiyə ilə də məşğul olmanın vacibliyini vurğulayıb. Putin yaxın vaxtlarda ikinci və üçüncü növbə təhsildən imtina etməyə, müəllimlərin peşəkarlığının artırılmasına diqqət yönəltməyə çağırıb. O, 2016-2019-cu illərdə Rusiyada daha 187 min yeni məktəbin açılacağını bildirib. Putin Rusiyada sənaye istehsalında az da olsa artımın müşahidə olunduğunu qeyd edərək iqtisadiyyatın inkişaf sürətinin azalmasına sanksiyaların və xarici təzyiqlərin səbəb olduğunu vurğulayıb. Eyni zamanda Rusiya Prezidentinin fikrincə, daxili amillərin də bu məsələyə böyük təsiri var. O, iqtisadiyyatın baza problemlərini tezliklə həll etməyin vacibliyini vurğulayıb. Prezident V.Putin 2017-ci ilin “Ekologiya ili” elan olunacağını bildirərək ekoloji problemlərin ölkə üçün aktuallığını diqqətə çatdırıb. Kənd təsərrüfatı sahəsində müsbət göstəricilərin əldə olunduğunu deyən Rusiya lideri, gələn il subsidiyaların bölünməsində ölkə regionlarına daha çox sərbəstlik verilməsini vacib hesab edib. Müdafiə sənayesində mülki məhsulların istehsalının artırılmasından danışan Rusiya dövlətinin başçısı 2030-cu ilədək bu sahədə mülki məhsulların payının 16 faizdən 50 faizə çatdırılmasını tapşırıb. Ölkədə korrupsiya ilə mübarizədən danışan dövlət başçısı hüquq mühafizə orqanlarını əks-səda doğurmuş cinayət işləri ətrafında informasiya şousu yaratmamağa çağırıb. V.Putin vurğulayıb ki, məhkəmənin qərarı olmadan hökm çıxarılması düzgün deyil. Prezident xarici siyasətdə MDB, BRİCS, ŞƏT və Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığı prioritet sahə adlandırıb, Rusiyanın Çin, Hindistan və Yaponiya ilə əlaqələri genişləndirəcəyini vurğulayıb. Rusiya dövlətinin başçısı terrorizm ilə mübarizə sahəsində ABŞ ilə sıx əməkdaşlığa ümid bəslədiyini də diqqətə çatdırıb. V.Putin dünyada baş verən münaqişələrdən narahatlıq ifadə edərək vurğulayıb ki, hətta ən firavan ölkələrdə də daxili ziddiyyətlər baş verir. Bu cür hadisələrin təhlili obyektiv və ədalətli yanaşma tələb edir. Xatırladaq ki, bu, Prezident Vladimir Putinin Federal Məclisə 13-cü müraciətidir. İlk müraciət keçmiş Prezident Boris Yeltsin tərəfindən 1994-cü ildə edilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info