“ArmenianReport”: “Ermənilər kütləvi şəkildə ölkədən qaçırlar”
Tarix: 02.12.2016 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


“Ermənistan küçələrindəki insanlara nəzər salsanız, onların 99 faizinin simasında pessimizm və ölkənin gələcəyinə inamsızlıq müşahidə edəcəksiniz”

“Bəli, bu faktdır ki, ermənilər arxalarına baxmadan Ermənistandan qaçırlar. Ermənistanın savadlı vətəndaşları ölkələrinin gələcəyinə inanmadıqları üçün “qaçan dəstə”yə qoşulurlar. Ermənistanı tərk edənlər arasında, ölkədə keyfiyyət dəyişikliyi həyata keçirə bilən insanlar da az deyil. Artıq xarici ölkələrdə də ermənilər barədə rəy dəyişikliyi yaranmağa başlayıb”.
Bu fikirlər “ArmenianReport” saytında dərc edilən məqalədə yer alıb. Müəllif qeyd edir ki, bu yaxınlarda Almaniyanın “Deutsche Welle” nəşri Ermənistanın əsas problemi - ölkədən beyin axınının təhlükəli həddə çatması barədə reportaj hazırlayıb: “Reportajda Ermənistan əhalisinin sürətlə azalması xüsusi qeyd edilir. Ölkədən gedənlərin əksəriyyəti Ermənistanın ehtiyacı olacaq yaxşı təhsil görmüş gənclərdir. Onlardan biri - Anait Ermənistanda doğulan gənc mütəxəssisdir. 26 yaşı var.

“Ermənistan əhalisinin yarıdan çoxu nə özlərinin, nə də uşaqlarının gələcəyi üçün bu ölkədə heç bir prespektiv görmür”

Daimi yaşamaq üçün Polşaya getməyə hazırlaşır. “Mən öz ölkəmi sevirəm. Lakin ölkədə qalmamağımın başlıca səbəbi qarşılaşdığım problemlərlə bağlıdır” -deyə o bildirib. Anaitin sözlərinə görə, gənc mütəxəssis kimi işlədiyi tədqiqat mərkəzində uğurlu karyeraya nail olmaq çox çətindir: “Bunlara nail ola bilməyən dostlarımın əksəriyyəti Rusiya və ya digər xarici ölkələrə gediblər”. Almaniyalı reportaj müəllifi dəhşət hissi ilə son illər Ermənistandakı mühacirət dalğasının davamlı olaraq artdığını xüsusi qeyd edir. Prinsipcə, almanların qaldırdığı məsələ barədə ölkədəki bütün zümrə nümayəndələri- hökumət rəsmiləri, millət vəkilləri və hətta müxalifət də danışır. Onlar da ölkədən gedənlərin miqrant həddini keçdiyini, artıq total şəkil aldığını etiraf etməkdədirlər. Bu isə Ermənistanın, erməni dövlətçiliyinin məhvi ilə sonuclana bilər. BMT-nin Əhali Fondunun ən mühafizəkar hesablamalarına görə, hər il Ermənistanı 40-50 min nəfər tərk edir. Fond ekspertləri qeyd edirlər ki, Ermənistan əhalisinin yarıdan çoxu nə özlərinin, nə də uşaqlarının gələcəyi üçün bu ölkədə heç bir perspektiv görmür. Maraqlıdır, 1988-1991-ci illərdə Ermənistanın müstəqilliyi üçün mübarizə aparanlar əcəba, niyə indi öz ölkələrini tərk etmək niyyətinə düşüblər. Təbii ki, səbəb çoxdur. Əsas səbəb gündən-günə pisləşən sosial-iqtisadi vəziyyətdir. İşsizlik, inflyasiya, korrupsiya, monopoliya Ermənistan əhalisini ağuşuna alıb. İkinci səbəb isə ölkədə universitet məzunları, mütəxəssislər üçün perspektivin olmamasıdır. Onlar Ermənistanda iş tapa biləcəklərinə ümid etmirlər və çıxış yolunu ölkədən qaçmaqda görürlər. Mühacirətin böyük miqyas alması hazırda Ermənistanda iki sinfin- yoxsul və milyonçuların yaranmasına gətirib çıxarıb. Orta sinif Rusiya, Ukrayna, Avropa, ABŞ və hətta Türkiyəyə qazanc dalınca gedənlərin hesabına məhv olub. Ermənistan küçələrindəki insanların simasına nəzər salsanız, onların 99 faizinin simasında pessimizm və Ermənistanın gələcəyinə inamsızlıq müşahidə edəcəksiniz. Qeyd edilməlidir ki, yaranmış vəziyyət ölkə rəhbərliyinə də sərf edir. Ermənistan hakimiyyətinə ağıllı, cavadlı vətəndaş lazım deyil”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info