Qida və enerji israfı vəsaitlərin boş yerə xərclənməsi deməkdir
Tarix: 02.12.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Hər il itirilən və ya israf olan qidanın miqdarı, dünyada yetişən taxıl məhsulunun yarısından çoxdur
Dünya iqtisadiyyatında baş verən proseslər bir sıra problemlər yaradıb ki, onların aradan qaldırılmasında müxtəlif amillər də rol oynaya bilər. Statistikaya görə, hazırda dünyada təxminən bir milyard insan aclıq və az qidalanma problemi ilə üzləşir. Buna baxmayaraq, bir çox sənaye ölkəsində qidanın böyük bir qismi zibil qutularına atılır.
BMT Qida və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı məlumatlara görə, insanların istehlakı üçün istehsal edilmiş qida məhsullarının üçdə biri bu şəkildə yox edilir. Bu, ildə 1 milyard 300 milyon tona bərabərdir. Bu qidaların bir hissəsini isə son istifadə tarixi hələ keçmədən zibilə atılan məhsullar təşkil edir.
Stuttgart Universitetində aparılan bir araşdırmaya görə, Almaniyadakı evlərdə ildə 6 milyon 700 min ton qida maddəsi zibilə atılır. Bunların başında meyvə və tərəvəz, un məhsulları, yemək artıqları və süd məhsulları gəlir. Bu nisbətə görə, adambaşına hər il orta hesabla 82 kiloqram qidanın itirildiyi göstərilir.
Dünya Təbiəti Qoruma Dərnəyinin (WWF) Berlində açıqladığı “Böyük İsraf”` araşdırmasının nəticələrinə görə isə Almaniyada hər il 18 milyon ton qida zibilə atılır. Bu, Almaniya səviyyəsində satın alınan ümumi qida miqdarının üçdə biri deməkdir. WWF-nin Almaniya üzrə baş direktoru Christoph Heinrich vəziyyəti belə şərh edib: “Dünyada təxminən 1 milyard insan aclıqdan əziyyət çəkərkən, biz saniyədə 313 kiloqram qidanı zibilə atırıq”.
Digər tərəfdən araşdırma nəticələrinin açıqlanmasından sonra müxtəlif təşkilatlar həyəcan təbili çalaraq federal hökuməti qida israfı mövzusunda daha həssas olmağa və lazımi tədbirlər görməyə çağırıb. WWF də federal hökuməti qida israfını yarıya endirmək üçün tədbirlər planı həyata keçirməyə çağırıb. WWF-yə görə, zibilə atılan qidaları sadə üsullarla 10 milyon ton qədər azaltmaq olar.
Əkinçilik üzrə mütəxəssis Tanja Drager De Teran isə deyib ki, yeni plan yalnız istehlakçılar deyil, eyni zamanda müştəriləri və yeməkxana müəssisələrini də əhatə etməlidir. Drager De Teran restoran, yeməkxana və kafe kimi yerlərdə yaranan israfı bir milyon tona qədər azaltmağın mümkün olduğunu deyib.
Araşdırmalara görə, bir alman illik 235 avro dəyərində qidanı heç istehlak etmədən israf edir. Bu rəqəm dünyada 1,5 milyard insanın illik gəlirinə bərabərdir.

ABŞ-da hər il satın alınan yeməklərin 40 faizi tullantıya atılır

Dünyanın bir çox yerində qida çatışmazlığına yol açan qida israfı, yalnız etik bir problem deyil. Bu israf, eyni zamanda ətraf mühitə də zərər vurulmasına səbəb olur. Mütəxəssislər, problemin təməlində cəmiyyətin sosial rifahının dayandığını göstərirlər. Dünyada bəzi zəngin cəmiyyətlərdə, "davamlı olduğu" fərz edilən qida məhsulları, düşünüldüyündən daha çox dəyər daşıyır. ABŞ-da hər il satın alınan yeməklərin 40 faizi tullantıya atılır. Bu isə 4 nəfərlik bir ailənin ildə 1500 dolları zibilə atması deməkdir. Bu istiqamətdə müxtəlif ölkələrdə araşdırmalar aparılır. Türk Plastik Sənayeçiləri Araşdırma, İnkişafı və Təhsil Dərnəyinin (PAGEV) açıqlamasına götə, istehsal edilən qidaların yarısı zibilə atılır. Qeyd edilir ki, bu israf və zərər su, əkin sahələri, enerji, işçi qüvvəsi və sərmayə qaynaqlarının boşa xərclənməsinə və havaya gərəksiz istixana qazı atılmasına səbəb olur. Həmçinin bu mövzunun Avropa Birliyinin də gündəmində olduğu və birliyin 2025-ci ilə qədər qida israfını yarı-yarıya azaldılması hədəfini qoyduğu bildirilir.

Zəngin ölkələrdə istehlakçılar 222 milyon ton qidanı istehlak etmədən zibilə atır
PAGEV-in açıqlamasında bir sıra məqamlar da öz əksini tapıb. Hər il zəngin ölkələrdəki istehlakçıların 222 milyon ton qidanı istehlak etmədən zibilə atdığı halda, bütün səhraaltı Afrika ölkələrinin qida istehsalı 230 milyon tondur.
Hər il itirilmiş və ya israf olan qidanın miqdarı, dünyada hər il yetişən taxıl məhsulunun yarısından çoxdur. Qida itkisi və israfı adıçəkilən qaynaqların israfı ilə yanaşı, qlobal istiləşmə və iqlim dəyişikliyinə səbəb olur.
İnkişaf etməkdə olan ölkələrdə qida israfı və itkisi, tədarük zəncirinin ilk halqalarında meydana gəlir. Zərər zamanı maliyyə, inzibati və texniki çatışmazlıqlarla yanaşı, saxlama və soyutma müəssisələrindəki çatışmazlıqlar gözə dəyir. Tədarük zəncirində əkinçilərin dəstəklənməsi və infrastruktura sərmayə yatırlıması, nəqliyyat və qablaşdırmada dəyişiklik etməklə qida itkisi azaldıla bilər.
Orta və yüksək gəlir səviyyəsinə malik ölkələrdə, qida, ümumiyyətlə, tədarük zəncirinin son halqalarında israf olur. Sənayeləşmiş ölkələrdə istehlakçıların davranışları qida israfının başlıca səbəbidir. Qida israfının 42 faizi evlərdə meydana gəlir ki, bu israfı da 60 faiz azaltmaq olar. İsrafın 39 faizi istehsalçılar, 5 faizi pərakəndə satış, 14 faizi isə iaşə sektoru tərəfindən həyata keçirilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info