Səfir Mixael Kindsqrab Gəncədə olub
Tarix: 02.12.2016 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Gəncə şəhərində səfərdə olub.
Səfirlikdən verilən məlumata görə, səfərin əsas məqsədi bir vaxtlar Azərbaycanın paytaxtı olmuş şəhərin iqtisadi potensialı ilə tanışlıq, alman şirkətlərinin layihələrinə baxış və qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanışlıq olub. Səfir Kindsqrab Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb və şəhərdə iqtisadi-siyasi proseslər haqqında müzakirə aparıb. O, şəhərin iki böyük iqtisadi obyekti hesab olunan şərab və avtomobil zavodlarına gedərək onların vəziyyəti və gələcək planları ilə tanış olub.
 
Səfir Gəncə Dövlət Aqrar Universitetində alman universitetləri və kənd təsərrüfatı müəssisələri ilə mübadilə proqramı çərçivəsində Almaniyada təhsil almış məzunlarla fikir mübadiləsi aparıb. GİZ və KFW təşkilatlarının nümayəndələri su təchizatı, kadastr sisteminin yaradılması və yerli özünüidarəetmə sahələrində Almaniya-Azərbaycan layihələrini təqdim ediblər.
 
M. Kindsqrab səfərin ikinci günündə 2013-cü ilin sonunda istifadəyə verilmiş, əsasən işğal olunmuş Kəlbəcər rayonundan gəlmiş 14000 qaçqının məskunlaşdığı düşərgəni ziyarət edib. Kəlbəcər rayon İH başçısı Aqil Məmmədovla görüşdən sonra səfir düşərgənin sakinləri ilə görüşüb. O, düşərgədə olan məktəbin şagirdlərinə Almaniya Futbol Federasiyasından göndərilmiş futbol topları hədiyyə edib. Balaca məktəblilər bu hədiyyəni sevinclə qarşılayıb. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info