“Xəzər nəqliyyat-logistika kompleksi olduqca iri layihədir”
Tarix: 02.12.2016 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


"Xəzər nəqliyyat-logistika kompleksinin (Xəzər habı) yaradılmasına başlamaq üçün konkret qrafik tərtib olunmalıdır". Bunu Dağıstanın rəhbəri Ramazan Abdulatipov TASS agentliyinə müsahibəsində bildirib.

"Xəzər nəqliyyat-logistika kompleksi olduqca iri layihədir və onun reallaşdırılması müxtəlif səviyyələrdə müzakirə olunur. Rusiyanın bir neçə nazirliyi bu layihəyə dəstək verir. Lakin biz ümumi söhbətlərdən konkret qrafik barəsində danışmalıyıq. Bununla yanaşı, biz Dağıstanın, Rusiya Federasiyasının, sahibkarlıq subyektlərinin layihədəki payını müəyyənləşdirməliyik. Bu layihənin dövlət başçısı səviyyəsində təqdimatı olub və lazımi dəstəyi alıb. Layihənin reallaşdırılmasına başlamaq lazımdır", - deyə R. Abdulatipov bildirib.
 
Bundan öncə Dağıstanın rəhbəri bildirib ki, Xəzər habının dəyəri 127 mlrd. rubl (təxminən 2 mlrd. dollar) təşkil edir ki, bunun 100 mlrd. dolları (təxminən 1,6 mlrd. dollar) cəlb olunacaq investisiyanın payına düşür. İnvestisiyaların cəlb olunması üçün Çin, İran, Vyetnam və Türkiyədən olan investorlarla danışıqlar aparılır.
 
Onun sözlərinə görə, Dağıstan tranzit habının yaradılması üçün əlverişli coğrafi mövqeyə malikdir və Azərbaycan, Hindistan və Fars körfəzi ölkələrindən yüklərin daşınmasını təmin edə bilər. Dağıstan rəhbəri bildirib ki, layihənin reallaşdırılması 7 il tələb edə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info