“Sarı Gəlin” Tələbə Mahnı Festivalının qala konserti keçirilib
Tarix: 02.12.2016 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə reallaşdırılan “Sarı Gəlin” Tələbə Mahnı Festivalının qala konserti keçirilib.
Azərbaycan Dillər Universitetinin rəqs qrupunun ifasında “Sarı Gəlin” rəqsi nümayiş olunduqdan sonra layihə rəhbəri Günay Hüseynli tədbiri açıq elan edib və festivalın keçirilmə qaydaları haqqında məlumat verib. Daha sonra çıxış üçün Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti Yeganə Axundova dəvət olundu. Festivalı yüksək qiymətləndirən rəsmilərin çıxışından dərhal sonra iştirakçıların promo videoları və ifaları təqdim olunub. Müxtəlif təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi qala konsertində münsif qismində xalq artisti Natavan Şeyxova, nəğməkar şairə Sevinc Şirin, əməkdar artistlər Vüqar Camalzadə və Teymur Əmrah iştirak edib.
Müsabiqə iştirakçılarının ifaları dinləndikdən sonra münsiflər heyətinin qərarına əsasən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 1-ci kurs magistr tələbəsi Aydan Quliyeva ən yaxşı ifanı nümayiş etdirdiyinə görə qran-pri ilə təltif olunub. Müvafiq olaraq 1, 2 və 3-cü yerlərə isə Odlar Yurdu Universitetinin tələbəsi Ənvər Məmmədhəsənov, Bakı Dövlət Universitetinin tələbəsi Rəqsanə Əsədova və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Kamaləddin Məmmədov layiq görülüb. Sonda müsabiqənin qalibi əməkdar artist Vüqar Camalzadənin müşayəti ilə “Sarı Gəlin” Azərbaycan Xalq Mahnısını ifa edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info