Ali təhsil sahəsi üzrə yeni akkreditasiya qaydaları hazırlanıb
Tarix: 02.12.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Azərbaycanın ali təhsil sahəsi üzrə yeni akkreditasiya qaydaları hazırlanıb və bu, Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG) sənədinə əsaslanır. Bunu təhsil naziri Mikayıl Cabbarov “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib. Nazir deyib ki, xarici ekspertlərlə birgə hazırlanan qaydalara əsasən, təhsil müəssisəsinin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq. Bunlara missiya, vəzifə, strategiya, idarəetmə, insan resursları, təhsil proqramları, təhsil alanlar, elmi-tədqiqat fəaliyyəti, təlim resursları, tələbələrə dəstək xidmətlərinin daxil olduğunu deyən nazir vurğulayıb ki, hazırda akkreditasiyanın vacib olmasının bir neçə mühüm səbəbi var: “Ən əsas səbəb odur ki, ölkə təhsilinin dünya təhsil məkanına inteqrasiya etdiyi bir dövrdə ölkənin təhsil siyasətinin əsas istiqamətlərindən biri liberallaşmanın davam etdirilməsidir. Bununla da ali təhsil və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılmasıdır. Keyfiyyətin təminatı mexanizmləri getdikcə daha mühüm rol oynamağa başlayır. Burada yalnız xarici və yaxud kənar akkreditasiyadan deyil, həmçinin, daxili akkreditasiya alətlərinin inkişaf etdirilməsində maraqlıyıq”.
Nazirin sözlərinə görə, biznes mühitinin daima yaxşılaşdırılması istiqamətində atılan addımlar nəticəsində bu gün ölkədə lisenziyalaşdırılan fəaliyyət növləri, istiqamətləri üzrə hansısa yeni bir işə başlamaq, o cümlədən təhsil müəssisəsi qurmaq çox sadə bir prosesə çevrilib. Sahibkar nöqteyi-nəzərdən çox düzgün və vaxtında atılmış bir addımdır”. 
Qeyd edək ki, Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına 2004-cü ildən başlanıb. Hökumətin qərarı ilə 2015-ci ilin noyabrın 28-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb. Yeni akkreditasiya qaydaları Avropa standartlar və təlimatlara uyğunlaşdırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info