IX sinif şagirdləri onlayn sınaq imtahanında iştirak edə biləcəklər
Tarix: 02.12.2016 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Ümumtəhsil məktəblərinin IX sinif şagirdləri buraxılış imtahanının I mərhələsi üzrə onlayn sınaq imtahanında da iştirak edə biləcəklər. Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Bildirilib ki, IX sinif üzrə buraxılış imtahanının yeni modeli, V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, test tapşırığı nümunələri, qiymətləndirmə meyarları, cavab vərəqi nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edilib. Həmçinin ümumi orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanlarına hazırlaşanlar Azərbaycan dili və riyaziyyat fənləri üzrə test tapşırığı nümunələri "Abituriyent" jurnalının xüsusi buraxılışları olan V-VIII siniflər üzrə test kitablarında nəşr edilib. IX siniflər üzrə kitablar isə dekabrın sonlarında çap ediləcək.
Xatırladaq ki, buraxılış imtahanının yeni qaydalarına dair respublikanın bölgələrində bütün təhsil ictimaiyyətinin iştirakı ilə DİM əməkdaşları və fənn ekspertləri tərəfindən seminarlar keçirilir. 22 oktyabrda Gəncədə, 29 oktyabrda Şirvanda, 6 noyabrda Şəkidə, 12 noyabrda Naxçıvanda, 19 noyabrda Lənkəranda, 27 noyabrda isə Ağcabədidə artıq seminarlar keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info