Azərbaycanlı yazıçının povesti özbək dilində dərc olunub
Tarix: 02.12.2016 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Özbəkistanın paytaxtı Daşkənddə nəşr olunan “Soqdiana” qəzetində azərbaycanlı yazıçı Vaqif Sultanlının "Ölüm yuxusu" povesti dərc edilib.
AZƏRTAC xəbər verir ki, əsəri özbək dilinə tanınmış yazıçı-publisist, Azərbaycan ədəbiyyatından bir çox tərcümələrin müəllifi Rüstəm İqbal çevirib. Qəzetdə, həmçinin tərcüməçinin Vaqif Sultanlının həyat və yaradıcılığı haqqında yığcam məqaləsi də dərc olunub.
Real və metaforik üslubun qovuşuğunda qələmə alınmış «Ölüm yuxusu» povestində təsvir obyekti kimi seçilən qəbiristanlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Əsərdə təsvir edilən hadisələrin xaos kontekstində təqdim olunması obrazların daxili-mənəvi dünyasını bütün yönləri ilə aşkarlamağa imkan verir.
Xatırladaq ki, bu, Vaqif Sultanlının özbək mətbuatında dərc olunan ilk əsəri deyil. Bundan əvvəl yazıçının bir çox hekayələri Daşkənddə çıxan "Darakçı", Səmərqənddə yayımlanan “Bekajon” qəzetlərində dərc olunub. Bundan əlavə, yazıçının hekayələri Daşkənddə nəşr olunan “Ömürdən uzun gecə” adlı Azərbaycan ədəbiyyatı antologiyasına daxil edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info