Nazir: “Əhalinin 6%-ni əlillər təşkil edir“
Tarix: 02.12.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


"Hazırda Azərbaycan əhalisinin təqribən 6%-ə yaxını, yəni 570 mindən çox şəxs əlilliyi olan şəxslərdir. Onların bütün problemlərinin həlli və cəmiyyətə inteqrasiya olunması istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə qanunvericilikdə nəzərdə tutulan imkanlar daxilində bütün mümkün tədbirlər görülür”.Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
 
Nazirin sözlərinə görə, sözügedən tədbirlər müxtəlif istiqamətləri əhatə edir: "Birincisi, bu insanların pensi, müavinət təminatı həyata keçirilir. Bununla yanaşı, bu insanların cəmiyyətə inteqrasiyası istiqamətində müvafiq addımlar atılır. Məsələn, yaşayış binalarında, infrastruktur layihələrində əlilliyi olan şəxslərin sərbəst hərəkət etməsi üçün bütün lazımi tədbirlər görülür. Bundan başqa, əlilliyi olan şəxslərin ölkənin əmək bazarında təmsil olunması da olduqca vacibdir. Hazırda 31 mindən çox əlilliyi olan şəxs əlilliyə görə əmək pensiyası almaqla yanaşı, həm də əmək bazarında öz fəaliyyətini davam etdirirlər. Bundan da çox rəqəmdə ifadə olunan əlilliyi olan şəxs öz biznesini qurub, öz biznes ideyalarını reallaşdırıb".
 
Qeyd edək ki, bu gün Əlil Sahibkarlar Birliyinin istehsal etdiyi xalçaların satış sərgisi keçirilib. S. Müslümov bildirib ki, Birlik olduqca maraqlı ideyalar reallaşdırır ki, onlardan biri də xalça istehsalıdır: "Sərgidə 15-dək xalça satışa çıxarılıb. Bunların bir qismini nazirlik, bir qismini isə nazirliyin əməkdaşları aldı. Gələcəkdə də biz bu cür təşəbbüslərə dəstək verəcəyik".
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info