Qubada ləzgilərin festivalı keçirilib
Tarix: 02.12.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə “Bir günəşin zərrəsiyik”-multikulturalizmin Quba modeli” adlı layihəyə çərçivəsində Quba rayonunun Hacıqayıb kəndində ləzgi etnik qrupuunun mədəniyyət festivalı keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri Elvin Seyffədinov bildirib ki, layihənin əsas məqsədi cənab Prezident İlham Əliyev tərəfindən elan edilə “Multkulturalizm ili” çərçivəsində təşkil olunana tədbirlərə dəstək vermək, Quba rayonunuda yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin, incəsənətinin, mətbəxinin gənc nəslə təbliğ edilməsidir. Tədbirin də Hacıqayıbda təşkil edilməsinin əsas məqsədlərindən biri də burda yaşayan azsaylı xalqların, xüsusilə də ləzgi etnik qrupunun daim dost qardaş şəkildə ölkəmizin inkişafı üçün xalqımızın digər nümayəndləri ilə çiyin-çiyinə çalışmasıdır.
Tədbirdə çıxış edənlər “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova, Hacıqayıb kənd tam orta məktəbinin direktoru Şəmsəddin Feyzullayev layihəyə dəstək verdiyinə görə Gənclər Fonduna təşəkkürlərini bildirib və belə layihələrin təşkilinin böyük əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Azərbaycanın multikultural dəyərlərinin dünyaya örnək olduğunu qeyd ediblər. Azərbaycan adlı bir günəşin zərrələri hökmündə olan azsaylı xalqlar daim bu ölkədə dinc, sülh və qardaşlıq şəraitdə yaşadıqlarını vurğulayıblar.
Tədbirdə ləzgilərə məxsus mətbəx nümunələri sərgilənib, istedadlı gənclərin ifasında müxtəlif incəsənət nümunələrindən ibarət konsert proqramı təşkil edilib.
Qeyd edək ki, layihə çərçivəsində bu günə kimi Quba rayonunun Məckə-Xacə kəndində tat etnik qrupunun, Qırmızı qəsəbədə dağ yədudilərinin, Qaraçay kəndində isə ahıska türklərinin festivalları keçirilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info