“Tariflərin artırılması əlillərə və pensiyaçılara ciddi təsir etməyəcək“
Tarix: 02.12.2016 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


"Tarif Şurasının qərarı ilə baş verən son artım əlillərə və pensiyaçılara ciddi təsir etməyəcək". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
 
"Birinci qeyd etmək istəyirəm ki, tariflərin artırılması differensiallaşdırılmış şəkildə həyata keçirildi. Əlilliyi olan şəxslərin istehlak etdiyi elektrik enerjisinin, təbii qazın həcmi barədə məlumatlar var. Nazirlər Kabinetinin müvafiq qərarı ilə istehlak səbətinin tərkibi təsdiqlənir və üç qrupa bölünür - ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər. Xidmətlərin tərkibində də məhz bu enerji daşıyıcılarının istehlak olunma həcmi və qiymətləri var. Gördüyünüz kimi, bu dəfə tariflər artırılan zaman həmin məsələyə toxunulmadı. İstehlak səbətinə daxil olan həcmdə həm elektrik enerjisinin, həm qazın, həm istiliyin qiymətləri olduğu kimi saxlanıldı. Yəni bu kateqoriyadan olan şəxslər də aztəminatlı təbəqəyə aid olunduğu üçün xidmətlərin dəyərinin artırılması onlara hər hansı bir ciddi təsir göstərməyəcək. Digər tərəfdən, pensiyaların gələn ilin əvvəlindən indeksləşdirilməsi barədə ölkə başçısının fərmanına uyğun şəkildə tədbir görüləcək və indeksləşdirmə bu artımların əsas hissəsini kompensasiya edəcək. Bununla yanaşı, gələn il "Pensiya haqqında" qanuna ediləcək dəyişiklik insanlara öz fərdi hesabına daha çox vəsaitin köçürülməsinə imkan yaradacaq və əmək pensiyalarının formalaşdırılması isə bilavasitə onların özündən asılı olacaq. Bir daha qeyd edirəm ki, biz birinci qrup əlillər üçün bütün güzəştləri saxlayacağıq, hətta onların genişləndirilməsi istiqamətində işləyəcəyik", - deyə nazir bildirib.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info