Hindistanda ən böyük günəş elektrostansiyasının inşası yekunlaşıb
Tarix: 02.12.2016 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Hindistanda dünyanın ən iri günəş elektrostansiyasının tikintisi başa çatıb. Tamil-Nadu ştatında yerləşən “Kamuti” stansiyası 10,36 kvadrat km ərazidə quraşdırılan 2,5 milyon günəş panelindən istifadə edir. İnşaat işləri 8 aya tamamlanıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, 150 mindən çox yaşayış evinin elektrik enerjisi ilə təmini üçün nəzərdə tutulan elektrik enerjisi istehsalı üzrə yeni stansiyanın gücü 648 meqavat təşkil edir. İri günəş elektrostansiyasının tikintisi Hindistan üçün əhalinin daha ucuz elektrik enerjisi ilə təmini istiqamətində atılan mühüm addım hesab edilir. Ölkə 2022-ci ilədək 60 milyon evi günəş enerjisi ilə təchiz etməyi, 2030-cu ilədək isə qazıntı halında tapılmayan mənbələr sayəsində lazım olan enerjinin 40 faizinin istehsalını planlaşdırır.
Dünyanın nəhəng günəş elektrostansiyasının inşası və ucuz enerjinin istehsalı üzrə layihələrin aktiv inkişafı sayəsində Hindistan növbəti ildə dünyada istehsal olunan günəş enerjisinin həcminə görə Çin və ABŞ-dan sonra üçüncü yeri tuta bilər.
Qeyd edək ki, Hindistan dünyada yanar yanacaq növlərindən istifadənin minimallaşdırılması və ya tam imtina edilməsi üzrə aktiv tərəfdarlardan biridir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info