Metropolitenin komandası respublika spartakiadasının qalibi olub
Tarix: 02.12.2016 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


"Zenit" İdman Cəmiyyətinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların əməkdaşları arasında "Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda" devizi altında keçirilən respublika spartakiadası başa çatıb. Cəmiyyətin Respublika Şurası tərəfindən keçirilən sayca 19-cu idman bayramı, ötən illərdəki kimi, Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuşdu. 
Bu idman tədbirində həmişə fəal iştirak etmiş metropolitençilər son 3 ildə yarışların ümumi komanda hesabında iki dəfə qalib gəlib və bir dəfə ikinci yeri tutublar. Budəfəki spartakiadanın nəticələri də metropolitençilər üçün sevindirici olub. Onlar yarış proqramına daxil olan 10 idman növünün hamısında iştirak etməklə, ümumi nəticədə, birinci yerə layiq görülərək spartakiadanın kubokunun sahibi olublar.
«Bakı Metropoliteni» QSC-də kubokun təqdim olunması və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çixış edən Metropolien İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov qeyd edib ki, yarışlara cəlb olunan 49 işçidən 44-ü mükafata layiq yer tutub. Bu onu göstərir ki, bədən tərbiyəsi və idmana metropolitendə böyük önəm verilir. Metropoliten nümunəvi idman infrastrukturuna, sağlamlıq obyektlərinə malikdir. «Nərimanov» elektrik deposunda mini-futbol, voleybol, tennis meydançası, sağlamlıq mərkəzi fəaliyyət göstərir. «Bilgəh» istirahət zonasında mini-futbol, voleybol, çimərlik voleybolu, basketbol meydançaları, açıq havada iri fiqurlu şahmat lövhəsi istirahətə gələnlərin ixtiyarına verilib.
Spartakiadanın nəticələrinə gəldikdə, metropolitenin futbol komandası bütün rəqiblərindən üstün nəticə göstərib. Eyni uğura tennisçilər, nərd və qol güləşi ustaları, damaçılar nail olublar. Voleybol komandası, kəndirdartanlar və daşqaldıranlar ikinci yeri tutublar. Şahmatçılar isə yarışları üçüncü yerdə başa vurublar. 
Metropolitençilərin bu idman bayramlarına böyük həvəs göstərib, daim əzmkarlıq nümayiş etdirməsinə görə təşəkkürünü bildirərək qələbə münasibətilə təbrik edən «Zenit» İdman Cəmiyyətinin sədri Fazil Hadıbəyov spartakiadanın kubokunu təntənəli surətdə MİHİ-nin sədri Arif Mərdanova təqdim etdi.
Təbdirdə yarışlarda fərqlənmiş idmançılara mükafatlar təqdim olundu.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info