Krasnoyarksda “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib
Tarix: 02.12.2016 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Rusiyanın Krasnoyarks şəhərində Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib. Təqdimat Azərbaycan diasporunun nümayəndələri Ələkbər və Səadət Qarayevalar, o cümlədən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Krasnoyarsk üzrə nümayəndəliyinin rəhbəri Kamran Rüstəmzadə tərəfindən təşkil edilib.
Təqdimatda Azərbaycan diasporunun üzvləri, Ümumrusiya Azərbaycan Konqresinin Krasnoyarsk üzrə sədr müavinləri, “Odlar yurdu” rəqs ansamblının nümayəndələri, Sibir Federal Universitetinin tələbələri, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk üzrə şöbəsinin sədr müavini Ələkbər Qarayev açaraq müəlliflə tanışlığından danışıb. O, kitabdakı insanların Azərbaycanın təbliği ilə bağlı fəaliyyəti haqqında məlumat verib.
Daha sonra Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, “Odlar yurdu” rəqs ansamblının bədii rəhbəri Səadət Qarayeva çıxış edərək aktiv gənclərin bu kimi kitaba namizəd olduğunu qeyd edib.
Təqdimatda kitabın müəllifi Fuad Hüseynzadə ilə videobağlantı qurulub. Fuad Hüseynzadə iştirakçıları salamlayaraq təqdimatın təşkilatçılarına öz minnətdarlığını bildirib. O qeyd edib dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə bu kitabı ərsəyə gətirib: “Kitabda kimsənin yer alması səbəbsiz deyil. Onların hər birinin özəlliyi var. Əsas hədəfim xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir”.
Sonda Səadət Qarayeva diaspor işində fərqlənən gənclərə diplomlar təqdim edib.

Fuad






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info