Gəncədə Əlil Tələbələrin I Forumu açılıb
Tarix: 02.12.2016 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Gəncə Dövlət Universitetində 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə “İnklüziv təhsilin müasir strukturu və onun əsas inkişaf yollarına dair” mövzusunda Əlil Tələbələrin I Forumunun açılışı olub. Forum Əlilliyi olan Tələbələr üçün Mərkəz və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Gəncə Dövlət Universitetində təhsil alan əlil tələbələrin əl işlərindən ibarət sərgiyə baxıblar.
Dövlət himninin səslənməsi ilə açıq elan olunan forumda çıxış edən Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə son illərdə əlillərə göstərilən dövlət dəstəyindən danışıb. Bildirilib ki, həm hüquqi, həm də təşkilati tədbirlərlə əlillərin cəmiyyətə inteqrasiyası və onların sosial qayğı ilə əhatə olunması üçün Azərbaycan dövləti tərəfindən bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.
Sonra forum iştirakçıları Heydər Əliyev Fondunun sağlamlıq imkanları məhdud insanlara qayğısından bəhs edən videoçarxa baxıblar.
Forumda çıxış edən Əlilliyi olan Tələbələr üçün Mərkəzin direktoru Farizə İsmayılzadə iştirakçılara mərkəzin məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirilib ki, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən mərkəz Xəzər Universitetinin koordinatorluğu ilə Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP-Tempus layihəsi çərçivəsində fəaliyyətə başlayıb. Təhsil Nazirliyi, Əmək və Əhalinini Sosial Müdafiəsi Nazirliyi və Əlil Təşkilatları İttifaqı ilə əməkdaşlıq etdiklərini qeyd edən Farizə İsmayılova deyib ki, layihənin məqsədi əlilliyi olan tələbələrin ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işlərini həyata keçirməkdən ibarətdir.
Gənclər üçün Təhsil Mərkəzinin Gəncə ofisinin rəhbəri Aygün Həsənzadə təmsil etdiyi qeyri-hökumət təşkilatının bu istiqamətdə reallaşdırdığı layihələrdən danışıb, gördükləri işlərdən söz açıb.
Çıxışlarda cəmiyyətin daha həssas qrupu olan əlillərə hər kəs tərəfindən diqqət və qayğı ilə yanaşılmalı olduğunun zəruriliyi vurğulanıb.
Sonra Gənclər üçün Təhsil Mərkəzi tərəfindən universitetdə təhsil alan bir qrup əlil tələbəyə tibbi müayinə kartları təqdim olunub.
Sonda universitetin istedadlı tələbələri konsert proqramı ilə çıxış ediblər.
Forum çərçivəsində dekabrın sonunadək müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
16.03.2019
Məhkum edilmiş bir sıra şəxslər əfv olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info