Bakıda “SİNERJİ” Forumu keçirilib
Tarix: 02.12.2016 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Daha yaxşı sabah üçün” layihəsi çərçivəsində Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində “SİNERJİ” Forumu keçirilib. İlk dəfə bu mövzuya həsr olunmuş layihənin icrasında əsas məqsəd QHT-lərlə biznes və özəl qurumların əməkdaşlığını təbliğ etmək, bu sahəyə diqqət artırmaq, mövcud sahədə problemlərin müzakirəsi və həlli istiqamətində təşəbbüslərin irəli sürülməsi, maarifləndirmə işləri həyata keçirməkdir.
Forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə İş sektorunun məsləhətçisi Rahu Şirinova, Qeyri-hökümət təşkilatlarına Dövlət dəstəyi şurasının katibi Nərgiz Eyvazova, üzvü Anar Xəlilov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva, İRƏLİ İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov və digər aparıcı gənclər təşkilatlarının və QHT-lərin rəhbər şəxsləri, özəl sektor nümayəndələri və fəal gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova forumun mahiyyəti,məqsədi haqqında məlumat verib. Daha sonra çıxış edən natiqlər forumun bir ilk olduğunu, ən aktual problemlərdən biri olduğunu və QHT-lərlə digər qurumların əməkdaşlığı istiqamətində yeni bir addım və istiqamət olduğunu bildiriblər. Müxtəlif uğurlu təcrübələr mövcud problemlərin müzakirəsi yekunlaşan forumda koorporativ sosial məsuliyyət sahəsində geniş təcrübəyə sahib müxtəqil ekspertlər də çıxış edib.
Layihə çərçivəsində növbəti forum Avropa Gənclər Paytaxtı 2016 statusunu daşıyan Gəncə şəhərində də 3 dekabr tarixində təşkil olunacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info