Prosineçki seçimini etdi: Messi və Santuş
Tarix: 02.12.2016 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


"Mən uşaq olanda "Dinamo"nu dəlicəsinə sevirdim. Almaniyada qalanda da oğlumun Zaqreb klubunda oynamasını istəyirdim. 90-cı illərin ortalarında hamı ölkə xaricində üz tutanda mən yenə "Dinamo"ya gəldim". Bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib. O, "Dinamo"nu çalışdırmaq istərdinizmi" sualını belə cavablandırıb: "Ora qayıtmağım mümkün deyil. Düzdür, "Dinamo"da daha çox şey qazandım. Ancaq hazırda Azərbaycan millisinin baş məşqçisiyəm. Nə qədər ki, Azərbaycandayam, başqa klub və ya komandaya keçməyi ağlıma belə gətirmirəm". Qeyd edək ki, Prosineçki 1986-1987, 1997-2000-ci illərdə "Dinamo"da oynayıb. Millimizin baş məşqçisi 2016-cı ilin ən yaxşı futbolçusu və ən yaxşı məşqçisi adı üçün seçimlərini edib. Prosineçki ən yaxşı futbolçu adına Argentina millisi və "Barselona"nın hücumçusu Lionel Messini layiq bilib. O, ilin ən yaxşı məşqçisi seçimində isə "Avro-2016"nın qalibi olan Portuqaliya millisinin çalışdırıcısı Fernandu Santuşa səs verib. Qeyd edək ki, 2016-ci ilin ən yaxşıları gələn il yanvarın 9-da Sürixdə keçiriləcək mərasimdə mükafatlandırılacaq.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
26.09.2018
Cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulacaq
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info