ABŞ Senatının qərarı İranda etirazla qarşılanıb
Tarix: 03.12.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


ABŞ Senatının birtərəfli qaydada İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaları daha 10 il müddətinə uzadılması haqqında qərarı “Nüvə anlaşması” ilə yanaşı, beynəlxalq qanunlara da ziddir.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi Tehranda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İran ilə Qərb dövlətləri arasında 2015-ci ilin iyununda razılıq əldə olunaraq sənəd imzalanıb. İmzalanan sənədə əsasən, İrana qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı, bunun müqabilində isə İran nüvə proqramını məhdudlaşdırmalıdır. İran razılığa əsasən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, ABŞ bunu etmir. Xatırladaq ki, ABŞ Senatı İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları 10 il müddətinə uzadılması haqqında qanun layihəsini qəbul edərək Ağ Evə təqdim edib. Lakin bu qanunun qəbul edilib edilməyəcəyi məsələsi də müəmmalıdır. Qeyd edək ki, noyabrda ABŞ-da prezident seçkiləri keçirilib və Donald Tramp qalib gəlib. Lakin D.Tramp öz səlahiyyətlərini andiçmə mərasimindən sonra həyata keçirməyə başlayacaq. Andiçmə mərasimi isə yanvarın 20-də keçiriləcək. Hələlik isə ABŞ-ın Prezidenti Barak Obamadır. Yanvarın 20-nə qədər B.Obamanın bu qanunu imzalayıb və yaxud geri qaytaracağını isə zaman göstərəcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info