Dövlət Departamenti Trampın telefon danışıqlarından niyə narahat olur?
Tarix: 03.12.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Tramp özü isə seçkidən sonra ilk dəfə tərəfdarları qarşısında çıxış edib: “ABŞ başqa ölkələrdə siyasi rejimləri devirməyəcək”
“ABŞ başqa ölkələrdə siyasi rejimlərin devrilməsinə yönəlmiş siyasət aparmağa səy göstərməyəcək”. “RİA Novosti”nin xəbərinə görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.
Qeyd edək ki, Tramp prezident seçkilərindən sonra ilk dəfə geniş ictimaiyyət qarşısında çıxış edib. Ohayo ştatında tərafdarları qarşısında çıxış edən Tramp bir daha bəyan edib ki, onun dövlət başçısı olduğu dönəmdə Birləşmiş Ştatlar başqa ölkələrdə rejimləri devirməyəcək: “Biz rejim və hökumətləri devirməyəcəyik. Altı trilyon dollar tək Yaxın Şərqdə, xatırlayırsınız? Bizim məqsədimiz sabitlikdir, xaos deyil. Çünki biz ölkəmizi bərpa etmək istəyirik”. Tramp seçki kampaniyası zamanı da bildirmişdi ki, Vaşinqton Yaxın Şərqdəki müharibələrə 6 trilyon dollar xərclədiyi halda, ölkənin iqtisadiyyatı yaxşı günlər yaşamır. Tramp həmin vəsaitləri, ölkə iqtisadiyyatının inkişafına yönəldilməsini istəyir. Seçki kampaniyası çərçivəsində keçirilən mitinqlərdə dəfələrlə bəyan edib ki, ölkəsi “dünya polisi” olmamalı və başqa ölkələrdə rejimləri devirməməlidir. Donald Tramp hələ ötən ilin oktyabrında bəyan etmişdi ki, Liviya və İraqda dövlət çevrilişləri olmasaydı, Sədam Hüseyn və Qəzzafi hakimiyyətdə olsaydılar, Yaxın Şərqdə vəziyyət bugünkü kimi olmazdı. Bundan əvvəl məlum olub ki, Tramp prezidentliyi dövründə ABŞ quru qoşunlarının sayını xeyli artırmaq, Yaxın Şərq, Şərqi Avropa və Cənub-Şərqi Asiyada ABŞ qoşunlarını gücləndirmək niyyətindədir. Tramp bir daha bəyan edib ki, “İŞİD” terror təşkilatına qalib gələcəklər. Və bu işdə onlara yardım edəcək istənilən ölkə ilə əməkdaşlıq etməyə hazırdırlar. Yeni seçilən dövlət başçısı bir müddət əvvəl verdiyi müsahibədə də qeyd etmişdi ki, Suriyada Bəşər Əsədə qarşı deyil, “İŞİD”-ə qarşı döyüşmək lazımdır: “Suriya “İŞİD”-ə qarşı döyüşür, biz də bu terror təşkilatından qurtulmaq istəyirik. Rusiya bu gün Suriya ilə sıx əməkdaşlıq edir. Bizim hesabımıza daha da güclü olacaq İran da Suriyanın müttəfiqidir. İndi biz Suriyada üsyançıları müdafiə edirik. Amma heç bilmirik ki, bu üsyançılar kimlərdir. Əgər ABŞ Əsədə hücum etsə, deməli, bu Rusiya ilə mübarizə aparmaq olacaq”. Qeyd edək ki, Donald Tramp dövlət başçısı seçiləndən sonra xarici dövlət başçıları ilə bir sıra telefon danışığı həyata keçirib. Onun bu danışıqları Dövlət Departamentində müəyyən narazılıqlar yaratmağa başlayıb. “The New York Times” yazır ki, Tramp 9 dövlət başçısı ilə telefon danışığından sonra Britaniyanın baş naziri ilə əlaqə saxlayıb və onu nəzakətsiz şəkildə ABŞ-a dəvət edib. Təxminən belə: “Nə vaxt ABŞ-a gəlsəniz, xəbərim olsun”. Onun Yaponiyanın baş naziri ilə görüşündə ABŞ-ı özündən başqa sadəcə, qızı təmsil edib. Artıq Ağ Ev təmsilçiləri Trampa peşəkar yardım təklifi edib. Dövlət Departamentinin rəsmisi Ernest bildirib ki, peşəkarlardan ibarət komanda Obamaya da çoxlu dəyərli məsləhətlər verib və onlar Trampa da yardım etməyə hazırdırlar. Departament Trampı xarici dövlət başçıları ilə əlaqə saxlamaq, dəvət etmək məsələsində reqlamentə əməl etməyə çağırıblar. Dövlət Departamentinin mətbuat katibi Con Kirbi isə bildirib ki, onlar Trampa hər cür kömək edirlər. Amma Tramp keçirdiyi və ya keçirəcəyi görüşlərlə bağlı onlara heç bir məlumat vermir və onun Departamentin əməkdaşlarından necə istifadə etdiyi bəlli deyil. İndiki administrasiyasını ən çox narahat edən Trampın Pakistanın baş naziri Nəvaz Şəriflə telefon əlaqəsi olub. Pakistana səfər vədi verən Tramp bu ölkənin qarşısında dayanan problemlərin həllinə yardımçı olacaqlarını bildirib. Tramp telefon danışığının sonunda Şərifi “heyranedici şəxs” adlandırıb. Obama 8 illik prezidentliyi dövründə Pakistana səfər etməkdən yayınıb. Amma Tramp hələ vəzifəsinin icrasına başlamamış Pakistana isti münasibət ortaya qoyub.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info