İxrac missiyasının Dubaya səfəri başa çatıb
Tarix: 03.12.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Azərbaycan məhsullarının Dubayın iri marketlər şəbəkələrində satışı təşkil olunacaq

Azərbaycanın ixrac missiyasının Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə səfəri başa çatıb. 27-30 noyabr tarixlərini əhatə edən səfər İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunub və ixrac missiyasının xərcləri dövlət tərəfindən qarşılanıb.
İxrac missiyasında meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi iştirak edib. Səfər zamanı Azərbaycan iş adamları “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində və “Al Aweer” meyvə-tərəvəz mərkəzində olub, BƏƏ şirkətləri ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan məhsullarının Dubayın iri marketlər şəbəkələrində satışı, distribütorluq, yerli məhsulların BƏƏ-yə ixracı və s. məsələlər barədə müzakirələr aparılıb. Dubay tərəfi Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq göstərib, nümunələrin göndərilməsi barədə sifariş veriblər. Bundan başqa, BƏƏ-də akreditə olunmuş və məhsulların BƏƏ tələblərinə uyğun olaraq halal məhsul qismində tanınmasını təmin edən sertifikasiya təşkilatının nümayəndələri əməkdaşlıq üçün ölkəmizə dəvət edilib. Məlumat üçün bildirək ki, 2017-ci ildə Dubayda keçiriləcək “GULFOOD” Ərzaq Sərgisində Azərbaycan vahid stendlə təmsil olunacaq. Qeyd edək ki, Azərbaycanın ixrac missiyalarının müxtəlif ölkələrə səfəri “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilir. İndiyədək Çin və BƏƏ olmaqla iki ölkəyə Azərbaycanın ixrac missiyası göndərilib və bu, davam etdiriləcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info