Aqrar sektorun ənənəvi sahələrinin inkişafı ilə bağlı 13 dövlət proqramı hazırlanır
Tarix: 03.12.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


"Gələcək illərdə aqrar sektorda 4-5%-lik artım gözlənilir. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
"Aqrar sektorda görülmüş tədbirlər, dövlətin bu sahəyə genişmiqyaslı dəstəyi, subsidiyaların tətbiqi dairəsinin genişləndirilməsi, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunun qəbulu bu sahədə davamlı inkişafın təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Bu sahənin gələcək illərdə 4-5% artacağını proqnozlaşdırırıq", - deyə nazir müavini bildirib. S. Həsənova qeyd edib ki, aqrar sektorun ənənəvi sahələri ilə bağlı İqtisadiyyat Nazirliyi 13 dövlət proqramı hazırlayır: "Pambıqçılıq, tütünçülük, baramaçılığın həm idxalla əvəzetmə, həm də ixracı stimullaşdırmaq, eyni zamanda məşğulluq baxımından əhəmiyyətini nəzərə alaraq tərəfimizdən 13 dövlət proqramı hazırlanır və növbəti illərdə icrası təmin olunacaq".
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info