Ankaranı ittiham edən Çexiya simasını itirməməyə çalışır
Tarix: 03.12.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


YPG silahlı terrorçu təşkilatının (PKK-nın Suriya qanadı) fəaliyyəti ilə əlaqədar olmaq ittihamı üzrə Türkiyədə tutulmuş iki Çexiya vətəndaşının vəkili onların azad edilməsi barədə ərizə verib.
Bu barədə Çexiyanın Baş naziri Boquslav Sobotka dekabrın 1-də ölkə parlamentində sorğular zamanı məlumat verib. Çexiya tərəfinin fikrincə, guya “Marketa Vşelixovanı və Miroslav Farkası tutub saxlamağa, yaxud onları mühakimə etməyə heç bir səbəb yoxdur”. Buna baxmayaraq, Baş nazir çexlərin sənədləri yoxlanılan zamanı onların fəaliyyətini terrorçu təşkilatın fəaliyyəti ilə əlaqələndirən təkzibolunmaz faktın aşkar olunmasını çətin ki, izah edə bilsin. Xatırladaq ki, Miroslav Farkas və Marketa Vşelixova Türkiyə və İraq sərhədlərini qeyri-leqal keçməyə cəhd edən zaman yaxalanıblar. Əşyalarına baxış zamanı Türkiyədə terrorçu təşkilat sayılan YPG ilə onların əlaqəsini göstərən sənədlər aşkar edilib. Çexiya vətəndaşları onlarda xalq özünümüdafiə dəstələrinin fəaliyyətinə dair sənədlərin aşkar edilməsi əsasında Türkiyənin Şırnok şəhərinə gətiriliblər. Burada prokuror tərəfindən dindiriliblər. Onlara qarşı terrorçu təşkilat ilə əlaqədar olmaq ittihamı irəli sürülüb. Həm Miroslav Farkas, həm də Marketa Vşelixova istintaq zamanı məlumat veriblər ki, Almaniyanın xüsusi qüvvələrində və Fransanın xarici legionunda hazırlıq keçiblər. Çexiya KİV-ləri yazır ki, Marketa Vşelixovanın daha əvvəl də problemi olub. Onu bu ilin yayında İraq Kürdüstanında saxlayıblar. Şərqdə Serksvebun Botan və Zelane Botan adlarından istifadə edən Farkas və Vşelixova YPG ilə əlaqədar olduqlarını bundan əvvəl də gizlətməyiblər. Hətta Çexiyanın bir neçə kütləvi informasiya vasitəsinə öz fəaliyyətlərindən danışıblar. Çexiya Kənd Təsərrüfatı Universitetinin tələbəsi Marketa Vşelixova son illərdə bir neçə dəfə Suriyada olub. Baş nazir B.Sobotkanın sözlərinə görə, Çexiyanın Ankaradakı səfirliyi Türkiyə həbsxanasına getməkdə və Vşelixovanın ailəsindən vəsaiti həbsxanaya köçürməkdə çexiyalı terrorçuların qohumlarına kömək edir. B.Sobotkanın parlamentdə riyakarcasına dediyi “Xarici İşlər Nazirliyinin informasiyasına görə, həmin vətəndaşlar terrorçu fəaliyyətdə iştirak etmək üçün Suriyaya getməyiblər” sözləri inandırıcı səslənməyib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info