Britaniya ÜDM-in 2 faizini NATO-ya ayıracaq
Tarix: 03.12.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Boris Conson: “NATO-ya üzv olan bütün dövlətlər öz öhdəliklərini yerinə yetirməli və ÜDM-lərinin 2 faizini alyansın büdcəsinə, 20 faizini isə silahların müasirləşdiriliməsi üçün müdafiə büdcəsinə keçirməlidirlər”

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın “bütün NATO ölkələri öhdəliklərini yerinə yetirməli və alyansın ehtiyacları üçün öz ÜDM-lərinin 2 faizini ayırmalıdır” çağırışı ilə həmrəylik nümayiş etdirib.
Boris Conson deyib: “Təbii ki, amerikalı prezident dediklərində haqlıdır. Belə ki, hazırda NATO büdcəsinin 70 faizi ABŞ tərəfindən maliyyələşir, qalan 30 faizi alyansa üzv olan digər 27 dövlət birlikdə ödəyir. Mən də hesab edirəm ki, NATO-ya üzv olan bütün dövlətlər öz öhdəliklərini yerinə yetirməli və ÜDM-lərinin 2 faizini alyansın büdcəsinə, 20 faizini isə silahların müasirləşdiriliməsi üçün müdafiə büdcəsinə keçirməlidirlər”. Xarici işlər nazirinin sözlərinə görə artıq Britaniya ilə yanaşı alyansın digər iki üzvü - Estoniya və Polşa da öz vəzifələrini yerinə yetirirlər. Conson bundan sonra da ölkəsinin NATO-ya bağlılığının dəyişməz olaraq qalacağını bəyan edib. Qeyd edək ki, bir çox Avropa ölkəsi NATO-ya bu dəstəyi nümayiş etdirmir. Nümunə üçün bildirək ki, Finlandiyada əhalinin yarıdan çoxu ölkənin bu alyansa üzv olmasının əleyhdarı kimi çıxış edir. Bunu ölkədə aparılan rəy sorğusu da təsdiq edir. Finlandiyanın “Yle” nəşrinin məlumatına görə, əgər, ötən il Finlandiyanı NATO-da görmək istəməyənlər ölkə əhalisinin təqribən 58 faizi təşkil edirdisə, bu il artıq göstərici 61 faizi ötüb. Qeyd edək ki, finlərin müəyyən hissəsi hesab edir ki, Rusiya ilə münasibətlərdə ehtiyatlı olmaq vacibdir. Maraqlıdır ki, respondentlərin dörddə biri Moskvanın yürütdüyü siyasətin Finlandiyanın təhlükəsizliyinə həm mənfi, həm də müsbət təsir göstərdiyini etiraf ediblər. NATO ilə bağlı verdiyi bəyanatlarla Avropadakı müttəfiqləri təşvişə salan Tramp təqaüddə olan general Ceyms Mattisi Pentaqonun yeni rəhbər postuna namizəd göstərib. Tramp bu təklifi Ohayo ştatında keçirilən mitinqdə bildirib. Qeyd edək ki, 2010-2013-cü illərdə ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq və Mərkəzi Asiya üzrə məsul nümayəndəsi olan 66 yaşlı Ceyms Mattis dəfələrlə Rusiyaya qarşı verdiyi sərt bəyanatlarla da tanınır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info