Bakı Metropoliteni “Made in Azerbaijan” brendinin yaradılmasına öz töhfəsini verəcək
Tarix: 05.12.2016 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteni “Made in Azerbaijan” brendinin yaradılmasına öz töhfəsini verəcək.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti Nəsimi Paşayev deyib.O bildirib ki, “Bakı Metropoliteni” QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi fəaliyyətə başlayıb. Bu, beton şpalların istehsalı sahəsidir. Belə ki, Almaniyanın “Vollert” şirkətindən Avropa standartlarına cavab verən yeni avadanlıqlar alınmaqla beton blokların yerli şəraitdə istehsalı üçün şərait yaradılıb.
N.Paşayevin sözlərinə görə, metro yollarında istifadə ediləcək beton bloklar mövcud taxta şpallardan keyfiyyətinə və uzunömürlülüyünə görə çox fərqlənir. Belə ki, ağac şpalın ömrü 18-25, ən uğurlu istismar şərtləri daxilində 30-35 ildirsə, beton bloklar 80 il xidmət göstərə bilər. Beton bloklardan istifadə qatarların hərəkəti zamanı titrəmənin və səs-küyün, fiziki təsirlərin, təkərə əks-zərbələrin qarşısının alınması, ələlxüsus bunun milli-mədəni, dünyəvi əhəmiyyəti olan tarixi-memarlıq abidələrinin qorunması (məsələn, “İçərişəhər-Sahil” mənzili boyunca) üçün əlverişlidir.
“Beton blokların yerli şəraitdə istehsalı məhsulun alınması, ölkəyə gətirilməsi, daşınma xərcləri, yol-gömrük və sair rüsumların ödənilməsi baxımından iki dəfədən də artıq qənaətə səbəb olacaq. Bu, yeni iş yerləri, yerli mütəxəssislərin hazırlanması, laboratoriya şəraitində yeniliklərin tətbiqi ilə elmi-praktiki potensialın inkişafı, həmçinin “Made in Azerbaijan” brendinin yaradılması ilə həm də ölkə iqtisadiyyatına xidmət deməkdir. Yeni istehsal olunan beton bloklardan ilkin mərhələdə bənövşəyi xəttin “Memar Əcəmi” və şərti adı “B-03” olan stansiyalararası yollarında, həmçinin “Nərimanov” elektrik deposunda sınaq yollarında istifadə ediləcək”, - deyə N.Paşayev vurğulayıb.
N.Paşayev qeyd edib ki, “Bakı Metropoliteni” QSC-nin yaranmasından ötən qısa müddət ərzində, ümumilikdə, dəmir-beton konstruksiyaları sahəsində böyük işlər görülüb. Müəssisədə yeni elektrik yarımstansiyası inşa edilib. Yarımstansiyada müasir standartlara cavab verən yeni avadanlıqlar quraşdırılıb və onu qidalandırmaq üçün elektrik veriliş xətləri çəkilib. Eyni zamanda, 3 ədəd, hər biri 2 tonluq və 9 bar təzyiqli müasir qazanxana tikilərək istifadəyə verilib və obyektə saatda 540 kubmetr imkanlı 0,45 bar təzyiqli yeni qaz xətti çəkilib. Vaqon və yük maşınları üçün tərəzi də yenilənib. Müəssisədə silos təsərrüfatı əsaslı surətdə yenidən qurulub. Belə ki, əvvəllər mövcud sayı 5 olan silos təsərrüfatından, sadəcə, ikisi işlək vəziyyətdə idi. Ancaq QSC yarandıqdan sonra yeni aspirasiya, filtr sistemi qurulmaqla əsaslı təmir həyata keçirilib və hər 5 silos təsərrüfatı tam işlək vəziyyətə gətirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info