Avro 21 aylıq minimuma enib
Tarix: 05.12.2016 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


İtaliya keçirilən referendumun nəticələri açıqlandıqdan sonra avro dünya valyutalarına nisbətən ucuzlaşmaqdadır.
 
"APA-Economics" "MarketWatch" portalına istinadən xəbər verir ki, bugünkü ticarət sessiyasının açılışında avronun məzənnəsi 1,0505 dollar səviyyəsinə enib. Bu isə ötən ilin mart ayında qeydə alınan minimum səviyyədir. Hazırda avro 1,0574 dollara ticarət olunur. Qeyd edək ki, Avrozonanın vahid valyutası ötən ticarət sessiyasını 1,0664 dollar səviyyəsində yekun vurub.

"BMO Financial Group"un bölmə müdiri Stiven Qalo avronun dollara qarşı 1% ucuzlaşacağını proqnozlaşdırır. "Avrozonanın dağılma riski artır", - deyə o bildirib.
 
Avro noyabr ayının ortalarından etibarən ucuzlaşmaqdadır və hazırda bu valyutanın məzənnəsi 2000-ci illərin əvvəlindəki səviyyəyədək geriləyib. Bu, avro ilə dollar arasında paritetin yaranma riskini artırır. Sonuncu dəfə avro/dollar cütlüyündə paritet 2002-ci ildə müşahidə olunub.
 
Ötən gün İtaliya konstitusiyasına dəyişikliklərə dair referendumdan sonra baş nazir Matteo Renzi məğlubiyyətini etiraf edib və istefa verəcəyini açıqlayıb. Bu qərar Avropa İttifaqının birliyi üçün risklər yaratmaqdadır.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info