Tələbələr arasında “İntellektual labirint” müsabiqəsi keçirilib
Tarix: 05.12.2016 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələr arası “İntellektual labirint” intellektual müsabiqə keçirilib.
Müsabiqənin keçirilməsinin əsas məqsədi, tələbə-gənclərin intellektual biliklərini inkişaf etdirmək, onların hər zaman bu sahədə irəliləməsini təmin etmək, həmçinin çətin və çıxılmaz vəziyyətlərdə məntiqi çıxış yolunu tapmağı tələbələrə aşılamaqdan ibarətdir. Müsabiqə tələbələrdən ibarət komandalar qurulan labirint daxilində məntiqi suallara cavab taparaq çıxış yolunu axtarmaqdan ibarətdir.
Müsabiqədə giriş sözü ilə başlayan Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov hər zaman gənclərin intellektual, məntiqi biliklərinin artırılması məqsədilə bu kimi tədbirlərin keçirildiyini vurğulayıb və bütün komandalara uğur arzulayıblar.
2 gün müddətində davam edəcək müsabiqədə hər birində 6 iştirakçı olmaqla 8 komanda iştirak edəcək. Qalib komanda kubok və sertifikatlarla, digər komandalar isə müsabiqədə fəal iştiraklarına görə həvəsləndirici sertifikatlar ilə təltif olunacaq
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info