Naxçıvan şəhərində yeni istirahət və əyləncə mərkəzləri tikilir
Tarix: 05.12.2016 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında müasir turizm infrastrukturunun yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Hazırda Naxçıvan şəhərində Naxçıvançayın kənarında 2 müasir istirahət və əyləncə mərkəzi tikilir.
AZƏRTAC xəbər verir ki, istirahət və əyləncə mərkəzlərindən biri üç mərtəbədən ibarətdir. Burada boulinq salonu və atıcılıq zalları da yaradılacaq. Digər mərtəbələrdə kafe, eləcə də uşaq və böyüklər üçün əyləncə yerləri və mağazalar fəaliyyət göstərəcək. Artıq obyektdə dəmir konstruksiyaların quraşdırılması başa çatdırılıb. Hazırda isə digər tikinti-quraşdırma işləri aparılır, həyət abadlaşdırılır.
Ərazidə tikilən digər istirahət mərkəzi isə dörd mərtəbədən ibarət olacaq. Mərkəzdə gözəllik salonları, istirahət otaqları, idman və tədbirlər zalı, tir otağı, yeraltı avtomobil dayanacağı və digər xidmət sahələri yaradılacaq. İstirahət mərkəzinin həyətində hovuz tikiləcək, ətrafda yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemi qurulacaq, yay kafesi fəaliyyət göstərəcək.
Yeni tikilən xidmət sahələri 2014-cü ildə istifadəyə verilən Uşaq Əyləncə Mərkəzinin yaxınlığında yerləşir.
Qeyd edək ki, 2018-ci ildə Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı olacaq və qədim diyara turist axını daha da artacaq. Ona görə də muxtar respublikaya gələn xarici qonaqların və turistlərin rahatlığı istiqamətində görülən işlər daha da intensivləşib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info