“Bakcell” ikiqat internet trafiki təklif edir
Tarix: 05.12.2016 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


“Bakcell” ən sürətli “4G” şəbəkəsinin istifadəçiləri olan Klass abunəçilərinə eyni qiymətə ikiqat internet trafiki təklif edir.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Klass tarifləri ailəsinin abunəçilərinə eyni qiymətə ikiqat həcmdə internet trafiki təklif edən yeni kampaniyaya start verdiyini elan edir.
Bu kampaniya abunəçilərə Klass tarifinə daxil olan data həcmini ikiqat artırmaqla ən sürətli “4G” internet xidmətindən faydalanmaq imkanı verir. Əsas məqsəd daha yüksək müştəri təcrübəsi və məmnuniyyətinə nail olmaq və Klass tarifinin abunəçilərini ən yüksək sürətli mobil internetin üstünlüklərindən faydalanmağa həvəsləndirməkdir.
Bu təklifdən faydalanmaq üçün abunəçilər sadəcə “LTE” şəbəkəsini dəstəkləyən cihaza və “4G” SİM kartına malik olmalı və “Bakcell LTE” şəbəkəsinə qoşulmalıdırlar.
Bu kampaniya çərçivəsində, hal-hazırda “3G” şəbəkəsindən istifadə edən Klass abunəçiləri sadəcə “Bakcell” şirkətinin istənilən Müştəri Xidmətlərinə gəlib, istifadə etdikləri “3G” SİM kartlarını pulsuz olaraq “4G” SİM kartlarına dəyişə də bilərlər. “LTE” şəbəkəsini dəstəkləyən cihaza və “4G” SİM kartına artıq malik olan abunəçilər ikiqat həcmdə internet trafikini aylıq ödənişlərini həyata keçirdikləri gün avtomatik olaraq alacaqlar. Kampaniya çərçivəsində verilən internet trafiki yalnız “4G” şəbəkəsində, standart Klass tarifi paketinə daxil olan internet trafiki isə Bakcell-in istənilən şəbəkəsində istifadə edilə bilər.
Qeyd etmək lazımdır ki, abunəçilər “Bakcell” Klass tarifləri çərçivəsində hal-hazırda ölkənin mobil rabitə bazarında ən cəzbedici təkliflərdən faydalana bilirlər.
Klass tarifləri ailəsinə qoşulmaq olduqca asandır. Bunun üçün abunəçilər sadəcə “http://www.bakcell.com/klass/en/klass/” keçidinə daxil olaraq öz ehtiyaclarına ən uyğun olan Klass tarifini seçməli və mobil telefonlarında seçdikləri tarifin aktivasiya kodunu yığmalıdırlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info