“Rusiya-Ermənistan qoşun qruplaşması Azərbaycana qarşı deyil”
Tarix: 05.12.2016 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


“Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana qarşı deyil və ola da bilməz”.
 
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, Rusiya Hava Desant Qüvvələrinin keçmiş komandanı Vladimir Şamanov deyib. O bildirib ki, birləşmiş qoşun qruplaşmasının yaradılması sırf müdafiə məqsədi daşıyır: “Bu, Rusiyanın cənub sərhədlərini qorumaq üçün yaradılıb. Sovet İttifaqı dövründə Bakı Hava Hücumundan Müdafiə Dairəsi vardı və SSRİ-nin cənub sərhədlərini qoruyurdu. Ermənistan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqidir. Ona görə də Rusiya bu ölkə ilə hava hücumundan müdafiə sistemini birləşdirib”.

Ehtiyatda olan general-polkovnik Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yalnız hava hücumundan müdafiə qoşunlarından ibarət olduğunu da bildirib: “Burada söhbət quru qoşunlarından deyil, havahücumundan müdafiə qoşunlarından gedir. Bu saziş sırf müdafiə xarakteri daşıyır. Ona görə də Rusiya Dövlət Duması və Müdafiə Komitəsi tərəfindən dəstəklənib. Bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana qarşı ola bilməz”.  




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info