Qafqaz Universiteti tələbələri 4 yarışda qalib gəliblər
Tarix: 05.12.2016 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2016-cı il noyabr-dekabr aylarında “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin həyata keçirilməsini nəzərdə tutub.
Gənclərə, onların maarifləndirilməsinə istiqamətlənən, Azərbaycan Respublikasının 9 regionunda 4 intellektual oyun (Xəmsə, Nə? Harada? Nə zaman?, Kod Da Vinçi, Vətəni Tanı) üzrə baş tutacaq “Azərbaycanın İntellektual BİRincisi” layihəsi çərçivəsində 10 region, 75 rayon, 1336 iştirakçının olması gözlənilir və hər rayon 17 nəfərlik komanda ilə çıxış edir.
Qeyd edək ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə 64 region və 11 Bakı rayonlarının iştirakı ilə, hər birinin öz inzibati-iqtisadi bölgüsünə müvafiq olaraq, Tərtər, Quba, İsmayıllı, Şəki, Biləsuvar, Lənkəran, Mingəçevir, Şəmkir, Naxçıvan və Bakı şəhərlərində yarışların keçirilməsi nəzərdə tutulub.
Layihənin seçim turlarından biri dekabr ayının 3-də Xırdalan, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıt şəhərində baş tutmuşdur.
Seçim turunda Abşeron rayonunu təmsil edən Qafqaz Universiteti tələbələri müvafiq 4 yarışın hər birində ən yüksək nəticəni göstərərək qalib gəlmişdirlər.
“Vətəni tanı” İntellektual Oyununda universitetimizin 1-ci kurs tələbəsi Dadaş Abdullayev, “Kod Da Vinçi” oyununda Şamil Həsənli, Abdurrahman Vaqifli, Məhəmməd Cəbrayılov, Asim Hüseynli, və Aslan Bəkirov, “Xəmsə” Milli İntellektual Oyununda Asəf Əsədli, Şamil Əlicanov, Qorqud İsrafilzadə, Qorxmaz Aydınlı və Orxan Səfərov, son olaraq “Nə? Harada? Nə zaman?” oyununda isə Şahmurad Məmmədov, Fərid İbrahimli, Nail Qasımzadə, Rahib İsmayılov, İnqilab Babayev və Bəhruz Aydınlı universitetimizə qalibiyyət gətirən şəxslər oldular.
Yarışın ikinci, final mərhələsinin 2016-cı ilin 13 dekabrında Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info