“Ünvanlı sosial yardım alan ailələrin sayı 18 minə yaxın artacaq“
Tarix: 05.12.2016 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


"İqtisadi sferada baş verən dəyişikliklər sosial sferada da öz təsirini göstərir. Bu proseslər bəzən mənfi istiqamətdə də baş verir. İqtisadi fəaliyyət sferasında olan təşkilatlar, şirkətlər də müəyyən dövrlərdə özlərinin kalkulyasiyalarını həyata keçirirlər, əgər hansısa tariflərə görə mənfi nəticələrlə fəaliyyətini başa vurularsa, təbii ki, bu, onları qane etmir, onlar məsələ qaldıraraq mövcud xərclərini qarşılamaq üçün öz tariflərini artırmaq barədə gündəmə məsələ qoyurlar. Buna uyğun olaraq Tarif Şurası məlum qərarı qəbul edib". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
 
Nazir bildirib ki, müvafiq qərar qəbul olunmazdan öncə bu qərarın aztəminatlı ailələrə minimum təsir göstərməsi ilə bağlı daxili müzakirələr aparılıb: "Tarif şurası buna çox gözəl reaksiya verdi və minimum istehlak səbətinə uyğun olaraq istehlak həcmində tariflərin artırılmaması ilə bağlı qərar qəbul etdi. Əlbəttə, tariflərin artırılması aztəminatlı təbəqəyə öz təsirin göstərər bilər. Bunu nəzərə alaraq növbəti ilin büdcəsində qiymətin artımına uyğun olaraq pensiyaların indeksləşdirilməsi üçün 127 milyon manat nəzərdə tutulub və bu addım atılacaq. Eyni zamanda bütün digər kanallarla da əhalinin aztəminatlı təbəqəsinə verilən maliyyə vəsaitlərinin artırılmasına uyğun olaraq bizim tərəfimizdən təhlillər aparılıb. Ehtiyac meyarının 105 manatdan 116 manata qaldırılması planlaşdırılır. Hazırda Milli Məclisdə bu məsələ müzakirə olunur. Təkcə bu tədbir nəticəsində ünvanlı sosial yardım alan ailələrin sayı 18 minə yaxın artacaq. Eləcə də hər bir ailənin aldığı vəsaitin həcmi artacaq. Məsələn, 4 nəfərlik ailədə bu artım 44 manat olacaq. Tariflərin artmasından ailələrin çəkə biləcəyi zərəri bu yolla kompensasiya etməyə çalışacağıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info