“Çağrı mərkəzləri” tərəfindən ötən ay 21,5 mindən çox müraciət cavablandırılıb
Tarix: 05.12.2016 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri” tərəfindən vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə əlaqədar 21 543 müraciətinin operativ şəkildə cavablandırılması təmin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildiriblər ki, vətəndaşlar əsasən sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı sorğularını ifadə ediblər. Ümumi müraciətlərin 96,8 faizi və ya 20 861-i belə sorğu xarakterli müraciətlərdən ibarət olub. Qeyd olunan məsələlərə dair vətəndaşlara qanunvericiliyin müvafiq müddəaları əsasında hüquqi izahatlar verilib. Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıb.
Noyabr ayında 142 və 190-“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin 31,9 faizi sosial təminat məsələlərini əhatə edib. Eləcə də müraciətlərin 10,6 faizi əmək qanunvericiliyi, 5,7 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 6,4 faizi məşğulluğun təminatı, 2,2 faizi fərdi uçotun təşkili, 9,7 faizi pensiya və müavinətlər, 8,2 faizi məcburi dövlət sosial sığortası məsələlərini əhatə edib. Nazirliyin əhaliyə xidmət sahələrində elektron texnologiyaların tətbiqinin genişlənməsi cəmiyyətdə bu xidmətlərdən elektron müstəvidə istifadəyə marağın da getdikcə artması ilə müşahidə edilir. Belə ki, ötən ay ərzində müraciətlərin 19,5 faizi məhz nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı olub.
Noyabrda müraciətlərin 5,8 faizində avtomatlaşdırılmış pensiya təyinatı məsələləri əksini tapıb. Ötən ay bu sahə ilə bağlı əvvəlki oktyabr ayı ilə müqayisədə 13,2 faiz, sentyabr ayı ilə müqayisədə isə 70 faiz çox müraciət edilib.
Qeyd edək ki, 190-“Çağrı mərkəzi” vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatının həyata keçirilməsi, yəni hər hansı sənəd toplamadan və təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə telefonla məlumat verilməklə real vaxt rejimində pensiya təyinatı hüququnun reallaşdırılması hazırda dünyanın qabaqcıl təcrübələrindən biridir. 2016-cı ilin aprel ayında İsveçdə keçirilmiş Avropa Regional Sosial Təminat Forumunda da ölkəmizin bu təcrübəsi Beynəlxalq Sosial Təminat Assosiasiyasının Müsbət Təcrübə üzrə Fəxri Diplomuna layiq görülüb və müsbət təcrübələr üzrə məlumat bazasına daxil edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info