Serbiya Azərbaycan şirkətlərini ölkəsinin turizm sektoruna sərmayə yatırmağa çağırıb
Tarix: 05.12.2016 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçlə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirlər iki ölkə arasında siyasi münasibətlərin səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.
N. Stefanoviç ölkəsinin bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Serbiya arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Tərəflər terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edərək, hər iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinin zəruriliyinə toxunublar.
E. Məmmədyarov Serbiya şirkətlərinin Azərbaycanda və Azərbaycan şirkətlərinin Serbiyadakı fəaliyyətinə toxunub, əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. O ümid etdiyini bildirib ki, bu səfər ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni və turizm sahəsində əməkdaşlığa töhfə verəcək.
N. Stefanoviç ölkəsinin turizm, xüsusən də müalicə-sağlamlıq imkanlarından söz açıb və Azərbaycan şirkətlərini bu sahəyə sərmayə qoymağa dəvət edib.
Görüş zamanı həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub
19.08.2019
Koreyada “Azərbaycan dərsi” keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info