Dehli və Tokio yeni ittifaq yaradır
Tarix: 05.12.2016 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Regionda yeni balans yaratmağa çalışan Hindistan və Yaponiya arasında genişmiqyaslı strateji tərəfdaşlıq münasibətləri
qurulur


ABŞ-da Donald Trapmın prezident seçkisində qələbəsindən sonra qarşıdan gələn illərdə dünya siyasətində bir çox dəyişikliyin olacağını proqnozlaşdırmaq olar. ABŞ-ın hegemonluq etdiyi dövr artıq başa çatıb. Rusiyanın, Çinin güclənməsi, regional aktorların yeni dövrün tələbələrinə uyğun siyasətlərində korrektlər etməsi qaçılmazdır. Müxtəlif regionların söz sahibi olan dövlətləri yeni dövrün tələblərinə uyğun siyasət həyata keçirməyə başlayıb. Dünyanın 4 əsas güc mərkəzindən biri olan Çin Tramp dövründə Cənubi Çin dənizində və ümumiyyətlə, regionda nüfuz dairəsini gücləndirməyə ümid edir.
Amma regionda baş verən son proseslər bunun o qədər asan olmayacağını deməyə əsas verir. Hindistanla Pakistan arasında baş verən qanlı toqquşmalar fonunda Trampın Pakistan baş naziri ilə telefon danışığı və bu dövlətə dəstək verəcəyini deməsinin üstündən bir neçə gün keçəndən sonra Hindistan yeni addım atıb. “EADaily” yazır ki, Hindistan və Yaponiya arasında genişmiqyaslı strateji tərəfdaşlıq münasibətləri qurulur. Bu ittifaq Pakistanın dəstəkləyən Çinin maraqlarına cavab vermir. Hindistanın baş naziri Narendra Modinin Yaponiya səfəri və nüvə energetikası da daxil olmaqla bir çox sahədə əməkdaşlıqla bağlı imzalanan sazişlər regionda yeni böyük ittifaqın yaranmasına işarədir. Dehli və Tokio Çinə qarşı müdafiə ittifaqı yaradır. Modinin Tokioya 3 günlük səfərinin nəticələri ekspertlər tərəfindən geniş təhlil edilir. Belə görünür ki, Dehli və Tokio regionda yeni balans yaratmaqla yanaşı, əməkdaşlığı iqtisadi-siyasi-strateji kombinasiyalarla zənginləşdirirlər. Bu iki dövlət 2015-ci ildə regionda və dünyada sülhün və inkişafın dəstəklənməsi üçün əməkdaşlıq edəcəklərini elan edəndən sonra ardıcıl şəkildə addımlar atmağa başlayıblar. Dəniz limanlarının birləşdirilməsi barədə qərar bu məsələnin artıq yeni mərhələyə keçdiyini göstərir. Hindli siyasətçilər qeyd edir ki, Modi dönəmində hökumət “Şərqə bax” siyasətini “Şərqə hərəkət et” siyasəti ilə dəyişib. Tərəflər ötən il Hindistan-Sakit okean regionunu qlobal inkişafın mərkəzi elan edərək əməkdaşlığa başlayıblar. Hindistan və Yaponiya bu əməkdaşlığın onların maraqlarını təmin edəcəyinə əmindir. Ekspertlər hesab edir ki, Yaponiyanı bu əməkdaşlığa vadar edən səbəblərdən biri də ABŞ-da keçirilən seçkinin nəticəsi ola bilər. Tramp xarici siyasətə o qədər də diqqət ayırmayacağını qeyd edib. Digər tərəfdən xaricdəki Amerika qüvvələrinin gələcək taleyi də bəlli deyil. Bu gün ABŞ əsgərləri Yaponiyada da yerləşib. Və onların xərclərinin yarısını Tokio hökuməti ödəyir ki, bu da hər il milyardlarla dollar deməkdir. İndi Tramp istəyir ki, həmin xərcin yarısını yox, elə hamısını yaponlar çəksin. Yaponiya ABŞ-ın Asiyada mövqeyinin zəifləməsinin Hindistanla əməkdaşlıq münasibətləri qurmaqla kompensasiya etmək istəyir. Təxminən yarım əsrdir ki, regionda güclü bir şəkildə təmsil olunan ABŞ bir çox Asiya dövləti üçün Çinə qarşı əsas balans idi. İndi isə dünyada vəziyyət dəyişir. Trampın bir neçə gün öncə Çini kəskin tənqid etməsinə baxmayaraq, ABŞ mediasında ölkənin Pekinin Yeni İpək Yolu Kəməri layihəsinə qoşulacağı ilə bağlı yazılar yer alır. Buna görə də Yaponiya və Hindistan ABŞ-ın mümkün gedişi sonrasında regionda yarana biləcək boşluğu genişmiqyaslı strateji ittifaqla doldurmaq istəyir. Abe-Modi görüşündə iqtisadiyyat, siyasət, təhlükəsizlik, iqlim dəyişikliyi, infrastruktur, BMT-də islahatlar və digər məsələlər müzakirə edilib. Elə təkcə nüvə sahəsində əməkdaşlıqla bağlı imzalanan saziş dövlətlərin siyasətində nə qədər dəyişiklik baş verdiyini göstərir. 1998-ci ildə Hindistan nüvə silahı sınağı keçirərkən onu ən çox tənqid edənlərdən biri də Yaponiya idi. Rəsmi Tokio, hətta Hindistana iqtisadi sanksiya da tətbiq etmişdi. Amma indi iki dövlət nüvə sahəsində əməkdaşlıqla bağlı saziş imzalayıb. Burada incə məqamlardan biri odur ki, yeni imzalanan sazişdən sonra Yaponiya hindlilərə Amerika istehsalı olan nüvə reaktorları sata bilər. Məsələ ondadır ki, ABŞ-da istehsal olunan nüvə reaktorları istehsal edən “GE-Hitachi” və “Westinghouse” şirkətlərinin nəzarət paketi yaponlara məxsusdur. Hindistan Fransa və Rusiyadan olan asılılığı azaltmağı, Yaponiya isə Fukusima olayından sonra fəlakət vəziyyətində olan nüvə enerji sahəsindəki vəziyyəti düzəltməyə çalışır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”
16.08.2019
Ermənilər ölkədə doğum nisbətini artırmaq üçün baş sındırırlar
15.08.2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir
15.08.2019
Ermənistanda işsizlərin sayı 6,7 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info